SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Dünya mediasında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirindən bəhs olunur

2-07-2018, 14:44 | Oxunub: 7 986 |

Dünya mediasında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirindən bəhs olunur
Bu yaxınlarda Naxçıvanda keçirilmiş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbiri dünya mətbuatında geniş reaksiya doğurmaqdadır. UNESCO-nun təşəbbüsü ilə 1961-ci ildə yaradılmış və 35 ölkədən 44 xəbər agentliyinin bir araya gəldiyi Asiya və Sakit Okean Xəbər Agentlikləri Təşkilatının (OANA) internet portalında bu barədə xəbər dərc olunub. Xəbərdə bildirilir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in təntənəli açılış tədbirində iştirak edən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və digər qonaqlar ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Qonaqlar ulu öndərin xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Haçadağın fotoşəklini İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə, Batabatın foto­şəklini isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Düsen Kaseinova hədiyyə etməsi də xəbərdə qeyd olunub.

Burada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbovun çıxışına Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində əlamətdar tarixi günlərin yaşandığını bildirərək, tədbir iştirakçılarını salamlayaraq başlaması və “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” tədbirlərini açıq elan etməsi barədə də məlumat verilir.

Saytın yerləşdirdiyi xəbərdə, həmçinin Əbdüləziz Osman əl-Tuveycri­nin çıxışındakı “Bu möhtəşəm tədbirdə sizinlə olmaqdan böyük məmnuniyyət hissi duyuruq. Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir. İlk növbədə, mən Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə minnətdarlığımı bildirmək istərdim. O, öz ölkəsinə və eyni zamanda İslam təşəbbüslərinə böyük dəstək verir. Həmçinin səmimi qəlbdən və ürəkdən minnətdarlıq hissi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif ­Talıbova da, çox sağ olun, – demək istərdim. Bu cür mükəmməl təşkilatçılıq, təbii ki, danılmazdır”, – sözləri də öz əksini tapıb.

Xəbərdə bunlardan əlavə, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri olmuş Naxçıvanın bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasındakı özünəməxsus rolu haqqındakı çıxışı, Naxçıvan Dövlət Filarmoniyasının tədbirdəki konsert və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak üçün Naxçıvana gəlmiş qonaqların şərəfinə rəsmi ziyafət verilməsi haqqında məlumatları da oxumaq mümkündür.(şərqqapısı)

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR