17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
“Vallah, mənim bu məsələdən xəbərim yoxdur” - “Azərenerji” ASC-nin baş mühəndisi
"Sabah Mingəçevirdəki İstilik Elektrik Stansiyasındakı işlər yekunlaşacaq”.
Emtv.az xəbər verir ki, bu barədə unikal.org-a açıqlamasında "Azərenerji” ASC-nin baş mühəndisi Həsən Həsənov məlumat verib.
O vurğulayıb ki, hazırda qəzanın nəticələrini aradan qaldırmaq üçün ciddi işlər aparılır:
""Azərenerji” ASC bütün mütəxəssisləri bu işi görməyə yönəldilib. Operativ tədbirlər nəticəsində qəza baş verən bütün avadanlıqlar yeniləri ilə əvəzlənir. Yaranan problemin 70-80 faizi aradan qaldırılıb. İşlər hələ də davam edir və yəqin ki, sabaha yekunlaşacaq”.
Həsən Həsənov baş verən hadisəyə görə özü başda olmaqla, digər əməkdaşların vəzifələrindən azad olunmadığını deyib: "Mən "Azərenerji” ASC-nin baş mühəndisi kimi deyirəm ki, nə Azərbaycan İstilik Elektrik Stansiyasının baş mühəndisi, nə də mən vəzifəmizdən azad olunmuşuq. Hazırda bu barədə söhbət də yoxdur”.
Baş mühəndis Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən hadisə ilə əlaqədar cinayət işi qaldırılıdıqdan sonra "Azərenerji” ASC hər hansı bir əməkdaşının istintaqa dəvət olunub-olunmamasına belə cavab verib: "Vallah, mənim bu məsələdən xəbərim yoxdur”.
Emtv.az