SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Kənd təsərrüfatı mafiyası iş başında – sabiq nazirlərdən şübhələr var

30-06-2018, 14:54 | Oxunub: 15 730 |

Kənd təsərrüfatı mafiyası iş başında – sabiq nazirlərdən şübhələr var
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, pambıq tarlalarında zəhərlənmələrin arxasında ayağında yeyinti olan, həbs təhlükəsilə üzləşən keçmiş və indiki məmurların dayandığı ehtimalı var.

Son 20 gündə pambıq sahələrində baş verən kütləvi zəhərlənmələr gündəmin əsas müzakirə mövzusudur.

Bunu təxribat hesab edənlər də var, mütəxəssis çatışmazlığı ilə əlaqələndirənlər də. Zəhərlənmələrin Azərbaycanda yeni kənd təsərrüfatı nazirinin təyinatından ay yarım sonraya təsadüf etməsi bəzi şübhələr doğurub. Pambıq sahələrindəki zəhərlənmələrin bir qəsd ola biləcəyi də müzakirə edilən mövzulardandır.


Azərbaycanda pambıq əkini hələ sovet dövründən olub və həmin dövrdə pambıqçılıqla məşğul olan mütəxəssislər var. Rəsmi qaynaqlardan belə aydın olur ki, onların təcrübəsindən bu gün də istifadə edilir. Bundan başqa, Azərbaycanda aqrar sahə üzrə geniş mütəxəssis potensialı var. Belə olan təqdirdə pambıq sahələrinə kimyəvi maddələrin düzgün səpilməməsi, təhlükəsizlik qaydalarına düzgün əməl olunmaması sual doğurur. Məgər sahələrin kimyəvi işlənməsi mütəxəssislərin nəzarəti altında gerçəkləşməyib? Ölkəyə bu məqsədlə gətirilən kimyəvi preparatlar müvafiq yoxlamadan keçirilməyib?

Tutaq ki, sahələrin kimyəvi işlənməsi mütəxəssis nəzarəti olmadan baş tutub, ölkəyə bu məqsədlə gətirilən kimyəvi maddələr yoxlanılmayıb.

Belə olubsa, bəs ötən illərdə niyə pambıq sahələrində zəhərlənmələr baş vermirdi?

İsmət Abbasovun, Heydər Əsədovun nazir işlədikləri dövrdə niyə zəhərlənmə olmurdu? Halbuki onların dövründə kənd təsərrüfatı sahəsində nəzarətsizlik, özbaşınalıq daha çox olub.


Ölkə prezidentinin bu sahəyə diqqət ayırması İnam Kərimovun təyinatı ilə növbəti mərhələyə keçdi. Çoxları onun kənd təsərrüfatında ciddi dönüş yaradacağını deyir. Əsas arqumentlərdən biri budur ki, İ.Kərimov rüşvətxor və korrupsioner deyil. Hər kəs kənd təsərrüfatı sahəsində durumun yaxşılaşacağını gözlədiyi vaxtda tarlalarda kütləvi zəhərlənmələr oldu.

Media təxribat versiyasını işləyib. Bəs bunun arxasında kim, ya da kimlər dayana bilər? Heç şübhəsiz ilk ağıla pullu, gəlirli, qara pulların meydan suladığı bu sahəyə vaxtilə rəhbərlik etmiş adamlar gəlir. Əlimizdə fakt olmadığından deyə bilmərik ki, bu təxribatların arxasında İsmət Abbasov, yaxud Heydər Əsədovun dayanıb. Kənd təsərrüfatı sahəsində illərlə mafiyalaşmış təbəqə bu təxribatı törədə bilərmi? Ağlabatan versiyadır. Çünki onların hamısının barəsində araşdırmalar getdiyi deyilir. Milyonlarla manat dövlət vəsaitinin talan edilməsində şübhəli bilinən, həbs ehtimalı yüksək olan yüksək və orta ranqlı kənd təsərrüfatı məmurlarının bu cür ağır cinayətin təşkilatçısı olduqları yəqin ki, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən yoxlanılır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR