17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda 21 işçi pambıq tarlasında zəhərləndi
Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənən işçilərdən 4-ü Bakıya göndərilib.
emtv.az report-a istinadən xəbər verir ki, ötən gecə zəhərlənənlərlə bağlı Bakı şəhərindən bir qrup həkim Saatlı Rayon Mərkəzi Xəstəxanasına ezam olunub.
Həkimlər xəstəxanada yerləşdirilən xəstələrin vəziyyəti ilə tanış olaraq onlara lazımi tibbi yardımlar göstəriblər. Onların məsləhəti ilə 4 zərərçəkən Bakıya göndərilib.
Qeyd edək ki, ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 21 işçi kimyəvi dərmandan zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
12:02
Saatlıda tarlada işləyən şəxslər zəhərlənib.
Emtv.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Smada kəndi ərazisində qeydə alınıb.
Belə ki, pambıq tarlasında işləyən 21 işçi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hətta onlara yardım göstərən feldşer, 1988-ci il təvəllüdlü Mehdiyev Hikmət Mirəli oğlu da zəhərlənib.
İlkin məlumata görə, işçilərin pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə "Formula 5-FEC" kimyəvi dərmanından zəhərləndikləri bildirilir. Artıq bununla bağlı bütün aidiyyati orqanlara məlumat verilib. Rayona Bakıdan həkimlərin göndərilməsi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.
Emtv.az