SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Sanksiyalar işə düşdü, iki nəhəng şirkət İrandan qaçdı

31-05-2018, 13:57 | Oxunub: 9 217 |

Sanksiyalar işə düşdü, iki nəhəng şirkət İrandan qaçdı
ABŞ-ın sanksiya hədələri iki böyük enerji şirkətini İranla bağlı planlarını ertələməyə sövq edib. “Reuters” xəbər verib ki, Rusiyanın “Lukoil” neft nəhəngi İranda yataqları işləmək planlarını dayandırıb. Dünyada ən böyük neft emalı zavodlarına malik Hindistan şirkəti isə İrandan neft almağı dayandırır.

Mayın 30-da baş verənlər Rusiya, Fransa və Hindistan hökumətlərinin üzləşdiyi çətinlikləri üzə çıxarıb. Axı, onlar Birləşmiş Ştatların İranla nüvə sazişindən çıxmaq və Tehrana sanksiyaları bərpa etmək qərarına baxmayaraq, İranla biznes əlaqələrini saxlayacaqlarını deyirdilər.

ABŞ mayın 8-də 2015-ci il nüvə sazişindən çıxdığını, noyabradək sərt sanksiyaları bərpa edəcəyini bildirib. Saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

“Lukoil” rəsmisi mayın 30-da investorlara deyib ki, “son hadisələri nəzərə alaraq, İranla bağlı planlarımızın nə olacağını demək tez olar. Ancaq hazırda hər şeyi dayandırmışıq”.

“Lukoil”-dan öncə Fransanın “Total” enerji nəhəngi elan etdi ki, ABŞ sanksiyalarından möhlət ala bilməsə, İrandakı böyük qaz layihəsindən çıxacaq. Rusiyayla Fransa nüvə sazişini imzalayan ölkələr sırasındadır və şirkətlərin ABŞ sanksiyalarından yayınmasının yollarını tapmağa çalışırlar.
Sanksiyalar işə düşdü, iki nəhəng şirkət İrandan qaçdı
Amma deyəsən, bu, elə də asan olmayacaq. “Total” ABŞ maliyyə bazarından güclü asılılığını əsas gətirir. “Lukoil” isə bildirib ki, ABŞ sanksiyalarının öncəki raundundan sonra onun və Rusiyanın digər korporasiyalarının qlobal maliyyə bazarına çıxışı ciddi zədələnib.

“Lukoi”l Rusiyanın hökumətinin nəzarətində olmayan azsaylı enerji şirkətlərindəndir. 2011-ci ildə İranın neft layihəsindən çıxmalı olmuşdu. O zaman ABŞ və Avropa Birliyi İrana sanksiyaları gücləndirmişdi.

Hindistan hökuməti nüvə sazişini imzalamayıb və Nyu Dehli bu həftə bildirib ki, ABŞ sanksiyalarına məhəl qoymayacaq, İrandan neft idxalını davam etdirəcək.Ancaq “Reuters”in mayın 30-da yazmasına görə, Hindistanın “Reliance Industries”şirkəti ABŞ maliyyə sisteminin təsiri altındadır və sanksiyalardan ehti yatlanır. Qucarat ştatında yerləşən, dünyadakı ən böyük neft emalı kompleksi bu şirkətə məxsusdur.
Sanksiyalar işə düşdü, iki nəhəng şirkət İrandan qaçdı
“Reuters” anonim mənbələrə istinadla yazıb ki, “Reliance” rəsmiləri oktyabr, yaxud noyabrdan Tehrandan neft idxalını dayandıracağını bildirib, bu haqda İran Milli Neft Şirkətinə məlumat verilib. İran rəsmilərinin indiyədək bildirməsinə görə, ən böyük qorxuları İran neftinin alıcılarını itirməkdir. Onlar İranın neftini sata bildiyi müddətdə nüvə sazişinə əməl olunacağını açıqlayıblar.

İrandan xam neft ixracı apreldə günə 2,6 milyon barrelə, rekord səviyyəyə yüksəlib. Ancaq artıq maydan günə 100 min barrel azaldığı bildirilir. İran neftinin əsas alıcıları Hindistan, Çin və Asiyanın digər ölkələridir.


Bu arada “Total”-la bağlı daha bir xəbər yayılıb. İranın neft naziri “Total”-a 60 gün vaxt verib ki, ABŞ sanksiyalarından möhlət əldə etsin. Yoxsa onun bir neçə milyard dollarlıq qaz layihəsindəki payının Çin firmasına verilə biləcəyi açıqlanıb. Bijan Zanganeh deyib ki, Fransa hökuməti də 60 gün ərzində “Total”-ın adından ABŞ hökumətində lobbiçilik edə bilər.


“Total”-ın ötən ilin iyulunda imzaladığı razılaşma Cənubi Pars qaz yatağının işlənməsi üzrə 4,8 milyardlıq bir layihədir. Kontrakt İranın Petropars şirkəti və Çin Milli Neft Korporasiyasıilə imzalanıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR