SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Gömrükçülər külli miqdarda narkotik ələ keçirdi - VİDEO

31-05-2018, 12:45 | Oxunub: 10 445 |

Gömrükçülər külli miqdarda narkotik ələ keçirdi - VİDEO
Azərbaycan gömrükçüləri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu tədbir həyata keçirib və nəticədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Emtv.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə Lənkəran şəhər sakini Mirəziz Cəfər oğlu Ağayevin idarə etdiyi minik avtomobilində narkotik vasitələri satmaq məqsədilə paytaxta gətirdiyi barədə məlumat daxil olub.

Dərhal Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri təşkil edilib. Belə ki, şərti alıcı ilə Mirəziz Ağayev sövdələşib və tərəflər Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Füzuli küçəsində görüş təyin edib.

Sözügedən ünvanda əməliyyatçıların həyata keçirdiyi tədbirlər çərçivəsində Mirəziz Ağayev saxlanılıb və onun idarə etdiyi "VAZ-21083” markalı, 42-BB-268 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilib.

Baxış zamanı, avtomobilin arxa oturacağının üzərindəki 4 ədəd polietilen torbada Mirəziz Ağayevin şərti alıcı qismində əməliyyata cəlb olunan gömrük əməkdaşına satmağa çalışdığı narkotik vasitələr - 14.860 qram tiryək və 9.740 qram həşiş qətranı aşkar edilib.


Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi açılıb və məhkəmənin qərarına əsasən Mirəziz Ağayevin barəsində həbs qətiimkan tədbiri seçilib.



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR