SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda məşğələlər keçirilib

4-05-2018, 15:07 | Oxunub: 6 725 |

Naxçıvanda “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda məşğələlər keçirilib
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi ­keçirilib.

Sayca iyirmi beşinci məşğələni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov dahi rəhbərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. Vurğulanıb ki, əsrlərdən bəri xalqımızın ürəyində yaşayan arzular ulu öndər Heydər Əliyevlə reallaşıb. Ümummilli lider özünün də dediyi kimi, ömrünü Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etdirilməsinə sərf edib. Bu dahi şəxsiyyət Azərbaycana, sözün əsl mənasında, artan güc, tükənməz qüdrət, əbədi müstəqillik qazandırıb. Müasir Azərbaycan ulu öndərin reallaşan arzusunun ifadəsinə çevrilib.

“Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə və bu idealın gerçəkləşdirilməsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin ictimai­-siyasi fəaliyyətinin bütün dövrlərində özünü əyani şəkildə göstərir. Azərbaycanın milli maraqlarının, milli-mənəvi dəyərlərinin, coğrafi bütünlüyünün, tarixi yaddaşının, milli məfkurəsinin qorunması naminə son dərəcə ağır və çətin dönəmlərdə həyata keçiri­lən işlər dahi rəhbərin dövlət müstəqilliyimizin bərpası və xilası naminə çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir.

Məruzəçi vurğulayıb ki, ulu öndər Heydər Əliyev həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünüb, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığıyla inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirib.
Elman Cəfərli müstəqil Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən qeyd edib ki, bu inkişaf, ilk növbədə, dahi şəxsiyyətin müəyyən etdiyi siyasi xəttin ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir.


“Ümummilli lider Heydər Əliyev: tarix və tale” mövzusunda məruzə ilə çıxış edən komitənin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru, gömrük xidməti polkovnik-leytenantı Rahil Tahirli çıxışında deyib ki, zaman hər gün bir daha sübut edir ki, Azərbaycanın yeganə düzgün yolu Heydər Əliyev ideyalarına sədaqətdir. Bu yolda dönməz və əbədi müstəqillik var. Bu yol xalqımızı və dövlətimizi daha xoş, firavan gələcəyə aparır.


Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tabeli gömrük orqanları işçiləri arasında keçirilmiş şahmat turnirində fərqlənmiş əməkdaşlar mükafatlandırılıb.

Tədbirə yekun vuran komitə sədri bir daha vurğulayıb ki, illər ötdükcə ulu öndər Heydər Əliyevin böyüklüyü daha dərindən dərk edilir. Ümummilli liderimizin zəngin irsinə dərin ehtiram, siyasi xəttinə dönməz sədaqət daha uğurlu nəticələrə, işıqlı gələcəyə yol açır.
Sonda tədbir iştirakçıları “Dahi şəxsiyyət ” adlı filmə baxıblar.

Naxçıvanda “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda məşğələlər keçirilib
Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda məşğələ keçirilib. Əvvəlcə məşğələ iştirakçıları ulu öndərin təhsil ocağının həyətində ucalan abidəsi önünə gələrək gül dəstələri düzüblər.

Tədbiri məktəbin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar müəllimi Namiq Məmmədov açaraq ulu öndərimizin memarı və qurucusu olduğu Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasındakı misilsiz xidmətlərindən danışıb, onun milli dövlətçilik konsepsiyasından ətraflı söhbət açıb.

Sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, ölkə­mizin müstəqilliyinin əsasları dahi şəxsiyyətin uzaqgörənliyi sayəsində hələ ötən əsrin yetmişinci illərində qoyulub. Məhz həmin dövrdən başlayaraq elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafında ciddi nailiyyətlər əldə edilib, Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit olunub, milli kadrların hazırlanması üçün mühüm addımlar atılıb.

Qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndərimizin qətiyyəti sayəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alınıb, torpaqlarımızın işğalına son qoyulub. Dahi lider 1994-cü ildə atəşkəsə nail olaraq ölkəmizin inkişafı üçün şərait yaradıb, xalqın gözlədiyi qurtuluş missiyasını reallaşdırıb. Ümummilli liderin hakimiyyətə qayıdışı Azərbaycana ­siyasi-iqtisadi sabitlik, hüquqi dövlət qurucu­luğu, vətəndaş həmrəyliyi ­gətirib.

Vurğulanıb ki, bu gün ulu öndərin siyasətini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan gündən-günə daha da güclənir, beynəlxalq arenada ciddi tərəfdaş kimi qəbul olunur. Ölkəmizin nüfuzu sayəsində regionda qlobal əhəmiyyətə malik layihələr həyata keçirilir, müstəqil respublikamız dünyada sülhün, tolerantlığın carçısı kimi çıxış edir.

Sonra ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoslayd nümayiş etdirilib, məktəbin “Heydərçilər” xalq çalğı alətləri ansamblının ifasında rəngarəng mahnı və rəqs nömrələri ifa olunub.

Sonda tədbir iştirakçıları məktəbin foyesində ulu öndərə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR