SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda zabit heyətinin təkmilləşdirilməsi kursu başa çatıb

3-05-2018, 12:43 | Oxunub: 12 909 |

Naxçıvanda zabit heyətinin təkmilləşdirilməsi kursu başa çatıb
Əlahiddə Ümumqoşun Orduda növbəti zabit heyətinin təkmilləşdirilməsi kursunun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Kursu müvəffəqiyyətlə bitirən zabitlər yuxarı vəzifələrə təyin olunublar.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, əvvəlcə döyüş bayrağı sıra meydanına gətirilib, buraxılış mərasiminə hazırlıqla bağlı məruzə edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə zabit İsmayıl Mədətov çıxış edərək bildirib ki, kurs zamanı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində müxtəlif ixtisaslar üzrə dərslər keçilib, trenajorlarda şəxsi heyətin sürücülük və atəş qabiliyyəti praktiki olaraq daha da artırılıb. Kursa cəlb edilmiş zabitlərin virtual təlim meydançasında qazandıqları yeni biliklər real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilib.

Məzunlar söz veriblər ki, kursda qazandıqları yeni taktiki bilikləri xidmət yerlərində uğurla tətbiq edəcək, ordumuzun peşəkarlığının daha da artırılması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Bildirilib ki, Əlahiddə Ümumqoşun Orduda peşəkar hərbçilərin yetişdirilməsinə xidmət edən digər kurslar kimi zabit heyətinin təkmilləşdirilməsi kursu da uğurla icra olunur. Ordumuzun gücünü nümayiş etdirən hərbi parad və taktiki təlimlərdə qazandığımız nailiyyətlərin məntiqi davamı olaraq Əlahiddə Ümumqoşun Orduda təşkil edilən zabitlərin təkmilləşdirilməsi kursunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Çünki kurslar zamanı hərbi qulluqçuların bilik, bacarıq və peşəkarlıqları daim artırılır. Təbii ki, bütün bunlar da hərb işinə verilən yüksək qiymətdən xəbər verir.

Təbrik oxunduqdan sonra kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib.

Kurs birincisi tərəfindən yaş kötüyünə buraxılış emblemi vurulub və məzunların yuxarı vəzifələrə təyin olunmaları ilə bağlı verilən əmr mərasim iştirakçılarına çatdırılıb.

Əmr oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.

Naxçıvanda zabit heyətinin təkmilləşdirilməsi kursu başa çatıb


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR