SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qətlə yetirilən gəncin atasından hakim Əli Seyfəliyevə rüşvət ittihamı – “Oğlum qanını pulla batırdılar”

25-04-2018, 11:04 | Oxunub: 11 895 |

Qətlə yetirilən gəncin atasından hakim Əli Seyfəliyevə rüşvət ittihamı – “Oğlum qanını pulla batırdılar”

“Ali Məhkəmənin hakimi Əli Seyfəliyev oğlumu qətlə yetirən biznesmen oğlunun rüşvəti müqabilində qatili müdafiə etdi.

Gəncə Apellyasiya Məhkəməsinin hökmü ilə oğlumu öldürən Urfan Rzayev 13 il müddətinə azadlıqdan məhrum edilsə də ancaq Əli Seyfəliyev bu hökmü ləğv edərək, yenidən Apellyasiya Məhkəməsinə qaytarıb”.

Bu sözləri Azərbaycan Prezidentinə ünvanladığı şikayətində bir neçə il əvvəl qətlə yetirilən dünya çempionu Kamal Rüstəmovun atası Əli Rüstəmov yazıb.

Emtv.az xəbər verir ki, müraciətinin bir surətini ölkə KİV-lərinə ünvanlayan Əli Rüstəmov hadisəni belə nəql edir: “Oğlumu 2014-cü ilin sentyabrında Urfan Rzayev və daha bir neçə onun işlədiyi yerə gələrək, öldürdülər. Ekpstertiza rəyləri və digər faktlar Kamalın bir neçə nəfər tərəfindən öldürüldüyünü ortaya çıxarsa da Göygöl prokurorluğu bu işi ört-basdır etmək üçün əlindən gələni etdi.

O zaman guya, Urfanın Kamalı müdafiə zəmnində öldürməsinə yönəlik iş aparıldı.

Hətta ilkin cinayət işi “Qəsdən adam öldürmə” maddəsi ilə aparılmırdı.

Ancaq ölkə mediasının bu işin üstünə getməsi, Baş Prokuorun qəbulunda olmağımız səbəbindən CM-nin 120.1 ci maddəsi ilə cinayət işi başlandı. Yenə də qətlin digər iştirakçıları istintaqdan gizlədildi. Çünki, qrup şəklindən cəza daha ağır təyin olunur.

Oğlumu öldürən Urfanın atası Rusiyadakı biznesinə güvənərək, hər yerdə bu işi öz xeyirlərinə həll edəcəklərinə əminliklə danışırdı. Belə də oldu Gəncə Ağır Cinayətlər Məhkəməsi Urfana 10 il cəza verdi. Sonradan şikayətlərimizə görə, Gəncə Apellyasiya Məhkəməsi ədaləti qismən də olsa bərpa elədi. Urfana 13 il cəza təyin olundu.

Qeyd edim ki, ötən aylar ərzində qatilin atası müxtəlif şəxslər vasitəsilə mənə rüşvət təklif etdi. Açıq şəkildə deyirdi ki, ya sənə ya Ali Məhkəməyə verdim, fərq etmir, gəl, razılaşaq. Biz oğlumuzun qətlinə görə, yeganə təsəllini onun həbsdə qalması ilə tapırıq.

Bu gün isə hakim Əli Seyfəliyevin belə bir qərar verməsi dövlət, onun məhkəmə sistemi adına utancdır. Mən Cənab Prezidentdən, Məhkəmə-Hüquq Şurasının sədrindən bu hakimin əməllərinin araşdırılmasını xahiş edirəm”.

Əli Rüstməv sonda onu da bildirib ki, məhkəmənin belə bir biabirçı qərar qəbul etməsi onun bir vətəndaş kimi dövlətə etimadını öldürür.

Emtv.az
Qətlə yetirilən gəncin atasından hakim Əli Seyfəliyevə rüşvət ittihamı – “Oğlum qanını pulla batırdılar”

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR