SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan şəhərində tikinti-quruculuq işləri geniş vüsət alıb

24-04-2018, 14:46 | Oxunub: 10 746 |

Naxçıvan şəhərində tikinti-quruculuq işləri geniş vüsət alıb
Muxtar respublikada quruculuq işlərinin miqyası ildən-ilə daha çox şaxələnir, ayrı-ayrılıqda hər bir sahəni əhatə edir. Naxçıvanda təhsil müəssisələri üçün yeni binaların inşası, yararsız hala düşən köhnə tikililərin əsaslı şəkildə yenidən qurulması və təmir-bərpası artıq ənənə halını alıb.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, bu tədbirlərin davamı olaraq Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin köhnə korpusunun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları artıq binada söküntü işlərini başa çatdırmaq üzrədir. Obyektin iş icraçısı Nizami Rzayevin bildirdiyinə görə, hazırda binanın təməl hissəsi möhkəmləndirilir, divarlarda bərkitmə işləri gedir, örtük hissənin üzərinə torpaq qatı verilir.

Ötən ayın əvvəllərindən etibarən Naxçıvan Tibb Kollecinin binasında da təmir-bərpa işləri gedir. “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları binanın təməlini bərkidir, dam örtüyünü dəyişdirir, köhnə novdanları yeniləri ilə əvəzləyirlər. Təmir-bərpa işləri çərçivəsində gələcəkdə binanın daxili kommunikasiya xətlərinin yenilənməsi, iç divarlarda dekorasiya işlərinin görülməsi nəzərdə tutulub. Obyektdə çalışan inşaatçılar lazım olan mal-materiallar ilə təmin olunublar, texnik-təhlükəsizlik qaydalarına ciddi əməl edilir.

Bu gün muxtar respublikada dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, din adamlarının ibadəti üçün hərtərəfli şərait yaradılır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi bu tədbirlərin əhatə dairəsini xeyli genişləndirib. Hazırda Naxçıvan şəhərində yeni məscid binası inşa olunur. Obyektin inşası “Gəmiqaya İnşaat” MMC-nin kollektivinə həvalə edilib. İş icraçısı Cəmil Qalayevdən aldığımız məlumata görə, əsas və köməkçi hissələrdən ibarət olan binanın hazırda günbəzlərində qəlib-beton işləri yekunlaşmaq üzrədir. Layihəyə əsasən məscid binasında ibadət zalı, 40 metrlik iki minarə, qızlar və oğlanlar üçün iki mədrəsə və kitabxana yerləşəcək.

Ərazidə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati və mərasim binaları da inşa olunur.

Naxçıvan şəhərində tikinti-quruculuq işləri geniş vüsət alıb


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR