SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

“İŞİD-dən sonra yeni Suriya formalaşdıracağıq” – Makron Amerika qoşunlarının qalmasını istədi

23-04-2018, 09:41 | Oxunub: 495 |

“İŞİD-dən sonra yeni Suriya formalaşdıracağıq” – Makron Amerika qoşunlarının qalmasını istədi

“İŞİD-dən sonra yeni Suriya formalaşdırmağımız lazımdır və bu üzdən ABŞ-ın Suriyada qalması vacibdir”.

Emtv.az xəbər verir ki, bu açıqlama ilə Vaşinqtonda səfərdə olan Fransa prezidenti Makron Fox TV-də Suriya ilə bağlı sualları cavablandırarkən çıxış edib.

“Çox dəqiq olacam. İŞİD-ə qarşı apardığımız müharibəni bitirdiyimiz gün əgər tamamilə çıxarsaq, ərazini İrana, Əsədə və onun adamlarına buraxmış olarıq və o zaman yeni bir müharibəyə hazırlanacaqlar. Bu isə terrorçuların yenidən ortaya çıxmasına səbəb olacaq. İŞİD-dən sonra ABŞ, Fransa və müttəfiqlərimiz, hətta Rusiya və Türkiyə Suriyanın qulrulmasında və Suriya xalqının gələcəyinə dair qərar verməsində çox vacib rol oynayacaq” – Makron belə deyib.

Makron Putinə qarşı zəiflik göstərməməyin də vacibliyini qeyd edib:

“Putinə qarşı zəif olmamalıyıq. Zəif olduğumuz vaxt bundan istifadə edir. Bunu başa düşürəm, çünki bu oyundur. Çox güclü təbliğat aparır və hər şeyə qarışır”.

ABŞ-a səfəri çərçivəsində Makronun ABŞ prezidenti Donald Trampla da görüşü gözlənilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR