SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Minlərlə tələbəyə 1 yataqxana: Azərbaycan təhsilinin gerçəyi

29-03-2018, 13:49 | Oxunub: 17 793 |

Minlərlə tələbəyə 1 yataqxana: Azərbaycan təhsilinin gerçəyi

Bakıda yeni tələbə yataqxanası tikilir. Yataqxana Neft və Sənaye Universitetinin (ADNSU) balansında olan ərazidə tikilir. Amma binada digər ali məktəblərdə təhsil alan tələbələr də müvafiq kvotaya əsasən yerləşmək imkanı qazanacaqlar.

Yataqxana Təhsil Nazirliyinin təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi ilə tikilir.

Yataqxana binası 800 nəfərə yaxın tələbə, həmçinin müəllim üçün nəzərdə tutulub.

Binanın növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Məlumdur ki, Bakıda bölgələrdən gələn tələbələr evsizlik problemi ilə üzləşirlər. Tələbə yataqxanaların olmadığına görə, onlar kirayə mənzillərdə yaşamaq məcburiyyətində qalırlar.

Bəs, hazırda ali məktəblərin yataqxana durumu necədir?

20 minə yaxın tələbənin təhsil aldığı Bakı Dövlət Universitetinin tələbə şəhərciyi 2013-cü ildən fəaliyyətini dayandırıb. Şəhərciyin 3, 4, 5 saylı binaları tamam sökülüb. Qeyd edək ki, Sovet dövründə burada universitetin 7 yataqxanası var idi.

Gələn il keçriləcək 100 illik yubley üçün yeni yataqxananın inşa ediləcəyi bildirilib. Plana görə yeni yataqxanada 5-6 min tələbənin yaşaması təmin olunacaq.

6 minə yaxın tələbəsi olan Azərbaycan Dillər Universitetinin bir yataqxanasında 200 tələbənin qalması mümkündür.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 5 yataqxanası olsa da, bunlardan 4-də məcburi köçkünlər məskunlaşıb. 2 nömrəli tədris binasında fəaliyyət göstərən yataqxanada təxminən 200-ə qədər tələbəni yerləşdirmək mümkün olur.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hazırda fəaliyyətdə olan 320 nəfərlik yataqxanası var.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR