SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Əhmədinejadın müavininə qırmanc cəzası – Məhkəmə təsdiqlədi

14-03-2018, 11:59 | Oxunub: 297 |

Əhmədinejadın müavininə qırmanc cəzası – Məhkəmə təsdiqlədi

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın müavini Hamid Bakayiyə korrupsiya ittihamı ilə 15 il həbs və qırmanc cəzası verilib.

Emtv.az xəbər verir ki, Tehran Ədliyyəsinin baş direktoru Qulam Hüseyni İsmaili həbs qərarın ədliyyə məhkəməsi tərəfindən təsdiqlədiyini bildirib.

İsmaili qırmanc cəzasından əlavə Bakayiyə pul cəzası verildiyini deyib.

Qeyd edək ki, korrupsiya ittihamı ilə həbs olunan Bakayi keçən il həbsxanada aclıq aksiyası keçirdiyindən səhhəti pisləşmiş, xəstəxanaya aparılmışdı. 26 iyul 2017-ci ildə 5 milyon dollar zamin qarşılığında həbs qərarınadək azadlığa buraxılmışdı.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR