SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Qarabağ” komandası “Nuh yurdu” intellektual oyun üzrə Ordubad rayon birinciliyinin qalibi olub

10-11-2017, 14:28 | Oxunub: 11 180 |

“Qarabağ” komandası “Nuh yurdu” intellektual oyun üzrə Ordubad rayon birinciliyinin qalibi olub

Ordubad Rayon Mədəniyyət Evində keçirilən yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun Ordubad rayon birinciliyinin qalibləri müəyyənləşib.

Emtv.az xəbər verir ki, birincilik Naxçıvan Muxtar Respublikası Ali Məslisinin Sədri yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli çıxış edərək, intellektual oyunun keçirilməsində məqsədin yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu bildirib və komandalara uğurlar arzulayıb.

Səkkiz komandanın iştirak etdiyi, yarımfinal və final mərhələsindən ibarət olan oyunda “Xəzər”, “Qasırğa”, “Qarabağ” və “Danyeri” komandaları finala vəsiqə qazanıblar.

Oyunun yekun nəticəsinə əsasən, Ordubad şəhər internat məktəbinin “Qarabağ” komandası I yerə, Əndəmic kənd tam orta məktəbinin “Danyeri” komandası II yerə, Ordubad şəhər 3 nömrəli tam orta məktəbin “Qasırğa” komandası isə III yerə layiq görülüb.

Qalib gələn komandalara təşkilatçıların kubok, diplom, fəxri fərman və oxunması zəruri olan kitablar külliyyatı təqdim olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR