17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Naxçıvanda ikinci “Arıçılıq məhsulları - bal festivalı” keçiriləcək
Noyabrın 11-də Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ikinci “Arıçılıq məhsulları - bal festivalı” keçiriləcək.
Emtv.az xəbər verir ki, bal festivalında 264 arıçı sahibkar iştirak edəcək. Festivala 14 tona yaxın süzmə bal, 2,5 ton şam bal çıxarılacaq. Bundan başqa, 700 kiloqrama yaxın arı südü, çiçək tozu, güləm, mum kimi digər arıçılıq məhsullarının da sərgiyə çıxarılması nəzərdə tutulub.
Festivalda arıçıların maarifləndirilməsi işi də həyata keçiriləcək. Belə ki, arıçılıqla bağlı avadanlıqların, nəşr olunan kitabların nümayiş etdirilməsi nəzərdə tutulub. Festivala gətirilən məhsullardan nümunələr götürülərək, kəmiyyət və keyfiyyət göstəriciləri müəyyən ediləcək. Bu meyarlar əsasında festivalda 9 yer müəyyənləşdirilib. 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Qeyd edək ki, ötən il keçirilən festivala muxtar respublikanın rayonlarından 210 arıçı tərəfindən 10 tondan artıq bal, vərəmum, çiçək tozu, güləm, arı südü və digər arı məhsulları çıxarılmışdı. Həmçinin festivalda bal arağı, bal şərbəti və baldan hazırlanan müxtəlif şirniyyatlar da nümayiş edilmişdi.
Festivalın keçirilməsi Naxçıvan balının tanıdılması, bazara rahat çıxış imkanlarının artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Həmçinin gəlirli sahələrdən olan arıçılığın inkişafına və bal istehsalının artmasına stimul verir.
Emtv.az