17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
“Bayraq kimliyimiz, varlığımızdır!” devizi altında hərbi vətənpərvərlik tədbirlərinə start verilib
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən Uğrunda!” səyyar təbliğat dəstəsi 9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsində Silahlı Qüvvələrdə “Bayraq kimliyimiz, varlığımızdır!” devizi altında hərbi vətənpərvərlik həftəsinə start verib.
Emtv.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, silsilə tədbirlər çərçivəsində səyyar təbliğat dəstəsi ön cəbhədə yerləşən hərbi hissələrdə, o cümlədən döyüş növbətçiliyi çəkən bölmələrdə şəxsi heyəti ziyarət edib.
Tədbirdə şəxsi heyətə Azərbaycanın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzi olan bayrağımız haqqında ətraflı məlumat verilib. Bayrağın yenidən yüksəldilməsi üçün canlarını fəda etmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib.
Qədim dövrlərdən başlayaraq bu günümüzədək mövcud olmuş bayraqlar şəxsi heyətə nümayiş etdirilərək, onlar haqqında geniş məlumat verilib.
Hərbi qulluqçularla keçirilən görüşlərdə nizam-intizamın, hərbi biliklərin, peşəkarlığın vacibliyi vurğulanıb, mənəvi-psixoloji hazırlığın artırılması məqsədilə söhbətlər aparılıb. “Vətən Uğrunda” səyyar təbliğat dəstəsinin avtoklub maşını vasitəsilə hərbi vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib.
Vətənə xidməti ilə seçilən bir qrup nümunəvi hərbi qulluqçunun Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə şəhərin tarixi yerlərinə ekskursiyası təşkil olunub.
Bayraq gününə həsr olunmuş hərbi vətənpərvərlik həftəsi davam edir.
Emtv.az