24 avq 11:05Oxunub: 209 |

Qadın həkim poliklinikada sevgilisi tərəfindən bıçaqlanıb

Qadın həkim poliklinikada sevgilisi tərəfindən bıçaqlanıb

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Emtv.az-ın report-a istinadən xəbərinə görə, hadisə Bülbül prospektində yerləşən A.A.Kazımov adına 1 saylı Şəhər Poliklinikasının nəzdindəki Travmatoloji məntəqədə qeydə alınıb.

Orada həkim kimi fəaliyyət göstərən 1972-ci il təvəllüdlü Eyyubova Faizə İslam qızı özünün dediyinə görə, sevgilisi ilə poliklinikanın içərisində mübahisə edib. Bu zaman kişi iti bizlə ona bədəninin bir neçə yerindən xəsarət yetirib. Həkim təcili yardım vasitəsilə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR

"Azərbaycanın Səsi" ictimai birliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bilgəh qəsəbə Mədəniyyət evi Silahlı Qüvvələr Gününə Ordunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbir keçirib
Oxunub: 1371
XƏBƏR LENTİ

Reklam
Məzənnə