SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ermənistan təhsilində tənəzzül - məktəblər bağlanır

21-08-2017, 15:46 | Oxunub: 6 620 |

Ermənistan təhsilində tənəzzül - məktəblər bağlanır
Ermənistanda məktəblər bağlanır. Ermənistan hökuməti Gümrü şəhərində yerləşən 3 saylı məktəbin bağlanmasına qərar verib.

1937-ci ildə tikilmiş Hovanes Tumanyan adına məktəb şagird olmadığından bağlanıb. 2016-2017-ci tədris ilində məktəbdə cəmi 141 şagird olub və onlara 40-a yaxın müəllim dərs keçib. Yəni, bir müəllimə üç şagird düşüb. Məktəbin direktoru Karen Darbinyan “Sputnik Armeniya” portalına bildirib ki, il ərzində məktəbdə şagirdlərin sayı 56 nəfər azalaraq 85-ə düşüb. Azalmaya səbəb məzunlarla yanaşı, aşağı sinif şagirdlərinin də məktəbi tərk etməsi olub. Birinci sinfə isə şagird tapmaq mümkün olmayıb.

Bu da təbii ki, əhalinin Gümrünü və ümumiyyətlə Ermənistanı tərk etməsi ilə bağlıdır. Karen Darbinyan bunun ardınca Gümrünün digər məktəblərinin də bağlanacağını bildirib.


Əslində, bu məsələ ümumiyyətlə Ermənistan üçün yad deyil. Çünki, dövlətin etinadsızlığı nəticəsində onlarla belə məktəb bağlanıb. Məsələ bundadır ki, Ermənistanı tərk edənlərin sayı ildən-ilə artır. İndi Ermənistan rayonları boşalmış kəndlər, tənha qocalardan ibarətdir.

Hakim Respublika Partiyasını təmsil edən deputat Samvel Farmanyan da bildirib ki, Ermənistan artıq qocalmış ölkə sayılır və ölkədən hər il 20-30 min adam köçür. Köçdə əsas rolu Qarabağ münaqişəsi və ondan doğan sosial problemlər oynayır.

Bu isə Sarksiyan hakimiyyətinin iç üzünü bir daha göstərir. Ölkədən qaçan vətəndaşlar isə işsizlik problemini əsas göstərirlər. Təsadüfi deyil ki, 2008-ci ildən bəri 400 mindən çox əhali ölkəni bir dəfəlik tərk edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR