SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Hakimiyyətin biznesinə yaşıl işıq yandırdığı Fərhad Əliyev qeybə çəkilib

21-07-2017, 14:17 | Oxunub: 7 939 |

Hakimiyyətin biznesinə yaşıl işıq yandırdığı Fərhad Əliyev qeybə çəkilib
Azərbaycanda biznes qurmasına şərait yaradılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev qeybə çəkilib.

Emtv.az-ın yerli mətbuata istinadla əldə etdiyi məlumata görə, sabiq nazir Azərbaycanda deyil və Suqmayıtdakı zavodun fəaliyyəti ilə əlaqədar sentyabrda vətənə qayıdacaq.

Ukrayna, Moldova, Rumıniya və Çexiyada biznesi olan F.Əliyevin ölkəmizdə işləməsinə şərait yaradılsa da, keçmiş nazir gözə girməməyə, medianın diqqətindən kənarda qalmağa çalışır.

Onun bir ara mətbuatın gündəmində olması, Kərəm Həsənovla münasibətlərinin yada salınması narahatlığa səbəb olub. İndi işi ilə əlaqədar xaricdə olan F.Əliyevin payızda gələcəyi gözlənilir.

F.Əliyevin müxtəlif qüvvələrlə konfliktinin olması onun əhəmiyyətini artırır.

Eks-nazir bu dəfə hakimiyyətin populyar qanadı üçün “Domokl qılıncı” rolunu oynaya bilər. Kimin başını kəsmək, kimin kəlləsini gilyotina qoymaq, kimin qafasını kötükdə görmək lazımdırsa, F.Əliyev onun üzərində şimşək ola bilər.

Əvvəlcə kampaniya başlanır, sonra ictimai rəy yaradılır, ardınca media təbliğatı güclənir, sonra inzibati resursları əlindən alınır, çox çəkmir ki, merkantil maraqları da sıxışdırılır, bir az keçməmiş bütün səlahiyyətləri alınır və axırda yola salınır.

Sabiq nazirə siyasətlə məşğul olmaq yasaqlanıb. F.Əliyev yalnız biznes işlərini inkişaf etdirə bilər ki, bu da ölkə iqtisadiyyatına töhfə verməlidir.

Siyasi fəaliyyətə qadağa qoyulmasına gəlincə, 2005-ci ildə Qərbin yaratdığı şəbəkənin böyük bir qolu kəsilərək proje de-şifrə olundu.

O dövrün hadisələrində “Sem dayının uşaqları”nın ideoloqu kimi iqtisadi inkişaf naziri Fərhad Əliyevin başı getdi.

Parlamentdə narıncı rəngli qalstukda gələrək hesabat verən nazir “narıncı inqilab”a eyham vururdu. Qırğızıstan, Gürcüstan, Ukraynadakı inqilablar dalğasının Azərbaycana sıçrayacağı gözlənilirdi.

Amma hakimiyyətlə olan bazarlıq nəticəsində “Sem dayı” F.Əliyevə axıra qədər dəstək vermədi - nazir həbsə göndərildi.


Onun dəmirbarmaqlıqlar arasına göndərilməsində isə yan-yörəsindəki “Sem dayının uşaqları”nın da rolu az olmamışdı. İndi ona növbəti dəfə fürsət verilməsi mümkün deyil.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR