SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Mediaya şad xəbər: 3-cü bina

14-07-2017, 08:22 | Oxunub: 6 028 |

Mediaya şad xəbər: 3-cü bina
Mənzil veriləcək jurnalistlərin namizədliyinin müəyyən olunması zamanı biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlik bizə hər bir jurnalist haqqında arayış verdi. Həmin arayış bizim işimizə çox yaradı. Məlum oldu ki, bir qrup jurnalistin hesabında bir manat vəsait yoxdur.

EMTV.az-ın yerli mətbuata istinadən verdiyi xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

O qeyd edib ki, redaksiyalarda qanuni əmək müqavilələri olmadığından jurnalistlər aldadılır, aldığı əmək haqqından sosial hesaba ödəniş edilmir: "Bunun əsas səbəbi nədir? Onlar 22 faiz sosial müdafiə vəsaiti ödəməkdən qaçırlar. Ancaq biləsiniz ki, işə götürülən zaman məlumat nazirliyin bazasına daxil olmalıdır. Hər bir jurnalist işlədiyi yerdə öz hüquqlarını tələb etməlidir. Biz növbəti ildən fondun qaydalarına əlavə və dəyişikliklər edəcəyik. Bizdən maliyyələşən qəzetlərdən müqavilələrin surətlərini istəyəcəyik. Qaydalarda o da göstəriləcək ki, gündəlik və həftəlik qəzetdə neçə nəfər işləməlidir. İşçilərin müqavilələrini onlardan tələb edəcəyik ki, bu da jurnalistə böyük kömək olacaq. Elə jurnalist var, 20 ildir çalışır, amma rəsmi olaraq beş il stajı yoxdur. Onlar sonradan bunun zərərini çəkirlər".

Vüqar Səfərli qeyd edib ki, iyulun 21-də üçüncü binanın təməlqoyma mərasimi olacaq: "Mən istəyirəm ki, jurnalistlər qeyd etdiyim məsələlərdə diqqətli olsunlar ki, növbəti il bölgüdən kənarda qalmasınlar".

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR