SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Uşaqların ürək qüsurlu doğulmasının - Səbəbləri

10-07-2017, 07:48 | Oxunub: 8 759 |

Uşaqların ürək qüsurlu doğulmasının - Səbəbləri
Xəstəliyi olan anaların hamısının övladının qüsurlu doğulacağını iddia etmək düzgün deyil.

Bu sözləri yeni doğulmuş uşaqların hansı səbəbdən ürək qüsurlu olmasına aydınlıq gətirən Bioloji Təbabət Klinikasının həkimi, tibb elmləri namizədi, mama-ginekoloq Gülnara Sultanqızı deyib. O, döl zamanı ürək qüsurlarının müxtəlif səbəblərdən yarandığını bildirib:

“Birinci, genetik faktor rol oynaya bilər. Hətta bəzi revmatik, ürək-qan damar, ağciyər xəstəlikləri, ürək çatmazlığı və s. bu kimi xəstəlikləri daşıyan ananın övladının xəstəliklə doğulması mümkündür. Ancaq bu o demək deyil ki, xəstəliyi olan ana sağlam uşaq dünyaya gətirə bilməz. Əslində, belə anaların sağlam uşaq dünyaya gətirməsi mümkündür”.

Mama-ginekoloq bildirib ki, xəstəlik ana bətnində müəyyən edilərsə, aradan qaldırıla bilər:

“Hamiləliyin 28-29-cu həftəsində belə halları aşkarlamaq mümkündür. Feton-exokardioqrafiya deyilən müayinə növü var ki, həmin müayinə ilə ana bətnində olan dölün ürəyinin fetan-exokardioqrafiyası çıxarılır və ürək xəstəlikləri təyin edilir. Azərbaycanda ana bətnində dölün əməliyyatı olmadığına görə doğulan kimi həmin körpəni neantoloq, kardioloq müayinə edir. Əgər ürək qüsuru aradan qalxa bilərsə, ona təyin olunmuş vaxt ərzində müdaxilə edilir. Çox təəssüf ki, bəzən bu mümkün olmadığı üçün yeni doğulmuş uşaq dünyasını dəyişir”.

Qeyd edək ki, Respublika Perinatal Mərkəzinin açıqlamasına görə, Səhiyyə Nazirliyinin Rostropoviç Fondu ilə birgə həyata keçirdiyi proqram çərçivəsində pilot müəssisə kimi Respublika Perinatal Mərkəzində 4 ay ərzində 275 yeni doğulmuş yeni körpədə skrininq (profilaktik müayinə) zamanı 85 uşaqda ürək-damar çatışmazlığı, 30 halda isə anadangəlmə ürək qüsuru aşkarlanıb.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR