SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Şaftalının meyvəsi, toxumu və çəyirdəyi də faydalıdır

5-07-2017, 07:28 | Oxunub: 11 282 |

Şaftalının meyvəsi, toxumu və çəyirdəyi də faydalıdır

Şaftalı yay fəslinin ən dadlı və sevilən meyvələrindən biridir. Çiçək vaxtı öz gözəlliyi, yetişəndə meyvələri ilə göz oxşayır. Ağacın erkən açılan çiçəkləri bəzi ölkələrdə sevgi və bərəkət rəmzi hesab edilir.

EMTV.az xəbər verir ki, qədim yunan və Roma mədəniyyətində şaftalının latınca adı "İran alması" mənası verir. Onun Makedoniyalı İsgəndərin sayəsində Yunanıstandan keçərək Ağdəniz hövzəsinə və İrana yayıldığını fərz edirdilər. Ancaq Çinin şimal bölgələrində miladdan əvvəl 3 mininci illərdən etibarən şaftalının yetişdirildiyi məlumdur.

Mifiologiyada uzun ömür və ölümsüzlük simvolu kimi təsvir olunan şaftalı haqqında hətta Hindistan əfsanələrində də rast gəlinir. Qədim ölkədə ər-arvada iki şaftalı hədiyyə etmək onlara qocalana qədər yaşamağı arzulamaq mənası verirdi.

Bol sulu şaftalı meyvəsinin şirəsi ürək ritminin pozulması və qanazlığı zamanı çox faydalıdır və şlakların orqanizmdən xaric olmasına kömək edir. Xəstəliklərə qarşı orqanizmin ümumi müqavimətini artırır, bağırsaqlara yumşaldıcı və qəbizlik əleyhinə təsir göstərir, həzmi yaxşılaşdırır, qanı təmizləyir, ağız qoxusunun aradan qalxmasına səbəb olur.

Qurudulmuş şaftalı meyvəsi yanacaq maddəsi kimdə istifadə edilir. Çəyirdəyin içərisindəki toxum yem kimi heyvanlara verilir. Şaftalı çəyirdəyinin qabığı yananda alınan çox az miqdarda kül və bir qədər də kükürd ətraf mühiti çirklənmədən qoruyur və çox dəyərli enerji mənbəyi rolu oynayır. Bir sıra ölkələrdə yanacaqla işləyən qurğularda şaftalı çəyirdəyi qabığından istifadə etmək tövsiyə olunur.

Şaftalı toxumunda olan yağdan qidalanmaq və qulaq ağrıları zamanı istifadə olunur. Şaftalı çiçəkləri qaynadılıb içiləndə bağırsaq qurdlarını tökməyə kömək edir. Meyvənin qabığının soyulandan sonra əzilib üzə çəkilməsi quru və yorğun dəriyə cavanlıq verir.

EMTV.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR