SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qarpız və yemişlərin keyfiyyəti necədir? – Xidmət rəisi cavab verdi

4-07-2017, 13:12 | Oxunub: 12 331 |

Qarpız və yemişlərin keyfiyyəti necədir? – Xidmət rəisi cavab verdi
Azərbaycanda hazırda bazarlarda istehlakçılara təklif edilən mövsümi meyvələrin – qarpız və yemişlərin keyfiyyəti normaldır.

Emtv.az xəbər verir ki, bunu trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.

C.Quliyev qeyd edib ki, bu meyvələrin keyfiyyəti ildən-ilə yaxşılaşır:

“Bu il məhv edilən məhsulların arasında qarpız və yemişlərin çəkisi çox cüzi olub. Bu da əvvəlki illərdə həyata keçiilən məhvetmə, maarifləndirmə tədbirlərinin nəticəsidir. Fermerlər öz texnologiyalarını daha da təkmilləşdiririlər. Artıq fermerlər başa düşürlər ki, məhsullarında gübrə qalığı artıq olsa, məhsul məhv ediləcək”.

Məhsulların keyfiyyəti məsələsini daim nəzarətdə saxladıqlarını deyən C.Quliyev qeyd edib ki, səyyar laboratoriyalar tərəfindən mütəmadi olaraq, məhsullar yoxlanılır. Xidmətin yerli qurumları eyni zamanda, əkin sahələrində də yoxlamalar aparırlar:

“Biz daha çox əkin sahələrində yoxlama aparmağa üstünlük veririk ki, məhsul bazara gələnə qədər vəziyyət aydınlaşsın”.

C.Quliyev insanların bəzən yemiş və qarpızdan düzgün istifadə etmədiyini də söyləyib:

“Çox təəssüf ki, bəzi şəxslər yemişi kəsərək onun bir hissəsini yeyir, qalanını günlər keçdikdən sonra yeyirlər. Bu, yolverilməz haldır. Yemiş və qarpızdan nomal qaydada istifadə etmək əsas şərtlərdəndir. Yemiş və qarpız soyuducuda saxlamaq şərtilə, 2 gün ərzində yeyilməlidir. Məsələn, yemiş bu gün saat 12-də kəsilibsə, sabah axşama qədər o bitməlidir, ondan sonra onu istifadə etmək olmaz. Çünki məhsul qalanda onda çürümə prosesi gedir, əlavə toksiki maddələr əmələ gəlir. Bu da insan orqanizmi üçün zərərlidir. Əgər kimsə isti havada özünü narahat hiss edib həkimə gedirsə və həkimə də “qarpız yemişdim” deyirsə, o saat qarpızdan şübhələnirlər. Halbuki yay aylarında qarpız, yemiş insanı istidən qorumağın ən yaxşı şərtlərindən biridir”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR