SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılır

30-06-2017, 12:59 | Oxunub: 8 264 |

Azərbaycanda işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılır
Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Emtv.az apa-ya istinadən xəbər verir ki, layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, 4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb. H.Rəcəbli bildirib ki, qanun layihəsi işsizliyin qarşısının alınması, ixtisarların olmaması üçün nəzərdə tutulub.

Qanun layihəsinə əsasən, Azərbaycanda işsizlərə sığortadan ödəniləcək vəsaitlərin mənbələri müəyyənləşib. Bu, yeni hazırlanan “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin 21-ci (işsizlikdən sığorta vəsaitlərinin mənbələri) maddəsində əksini tapıb.

Göstərilən maddədə qeyd edilib ki, işsizlikdən sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

– bu qanunla müəyyən qaydada ödənilən sığorta haqları;

– bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar;

– “Qrant haqqında” qanuna uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

– bank kreditləri;

– qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr.


H.Rəcəbli qeyd edib ki, sığorta fonduna 90 mln. manat vəsaitin yığılması təmin olunacaq: “Bununla da, işsizliyə görə müavinət 2016-cı il ilə müqayisədə 3 dəfə çox olacaq və daha çox insana işsizliyə görə müavinət vermək mümkün olacaq”.

Qeyd edək ki, qanun layihəsində işsizlikdən sığorta üzrə işçinin əmək haqqının 0,5%-i, sığortaedən tərəfindən isə hesablanmış əməyin ödənişi fondunun 0,5%-i sığorta haqqının ödənilməsini nəzərdə tutur. Qanun layihəsində sığorta ödənişinin 3 növü – əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən edilib. Layihəyə görə sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əmək haqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%, sığorta stajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıq sığorta ödənişi veriləcək.

Qanun layihəsi II oxunuşda səsə qoyularaq qəbul edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR