SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

AZƏRBAYCANIN YEGANƏ ÇIXIŞ YOLU HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLMƏSİNDƏ İDİ-Faiq ƏHMƏDOV

17-06-2017, 16:30 | Oxunub: 22 587 |

AZƏRBAYCANIN YEGANƏ ÇIXIŞ YOLU  HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLMƏSİNDƏ İDİ-Faiq ƏHMƏDOV

"Azərbaycanın Səsi" ictimai birliyinin sədri, tanınmış yazar-publisist məşhədi Faiq Əhmədov və Azərbaycanın bir qrup ziyalıları 15-iyun Milli Qurtuluş günü münasibəti ilə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdilər.

Emtv.az bildirir ki, Azərbaycan öz müstəqilliyini 1991-ci ilin oktyabr ayında əldə etsə də, bu müstəqilliyin qorunub-saxlanılacağına dair heç kimdə bir əminlik, arxayınlıq yox idi.

Ölkədə hökm sürən hərc-mərclik, bir tərəfdən də işğalçı erməni təcavüzü vəziyyəti getdikcə daha da gərginləşdirirdi.

Nəhayət, 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi, Azərbaycanı birbaşa xaosa yuvarlayacaq, hətta ölkədə əsil vətəndaş müharibəsinin başlanmasına yol açacaq son addım ola bilərdi.

AZƏRBAYCANIN YEGANƏ ÇIXIŞ YOLU  HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLMƏSİNDƏ İDİ-Faiq ƏHMƏDOV
AZƏRBAYCANIN YEGANƏ ÇIXIŞ YOLU  HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLMƏSİNDƏ İDİ-Faiq ƏHMƏDOV
AZƏRBAYCANIN YEGANƏ ÇIXIŞ YOLU  HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLMƏSİNDƏ İDİ-Faiq ƏHMƏDOV

Çox az bir müddət ərzində Gəncədə başlamış qiyamın dağıdıcı təsirləri Bakıya, mərkəzi hakimiyyət orqanlarına sirayət etməyə başladı. Hər zaman olduğu kimi, bu son dərəcə böhranlı və ağır vəziyyətdən çıxa bilmək üçün Azərbaycan xalqı bu dəfə də yeganə ən düzgün qərarı qəbul etdi.

Bu qərar isə, yalnız və yalnız ölkəyə rəhbərliyi yenidən Heydər Əliyev zəkasına etibar etməkdən ibarət ola bilərdi. Belə bir ağır və taleyüklü sınaq anında xalqın çağırışına səs verən Ulu Öndər Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində gərgin əməli fəaliyyətə başladı və bir müddət sonra Azərbaycanın başı üzərindən qara buludlar dağıdılıb qovuldu.

Artıq neçə ildir ki, xalqımız 15-iyun tarixini milli qurtuluş günü kimi qeyd edir.

Emtv.az xəbər verir ki, hər il olduğu kimi, bu gün də "Azərbaycanın Səsi" ictimai birliyinin sədri, "Müstəqil-Lider" jurnalının baş redaktoru, tanınmış yazar, şair Faiq Əhmədov və "Azərbaycan Dövlətçiliyinə Milli Dəstək" ictimai birliyinin sədri Nəbi Qafarov bir qrup ziyalılarla birlikdə, 15-iyun Milli Qurtuluş günü münasibəti ilə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdilər.

Kollektiv Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önündə baş əyib ruhuna dualar oxuyublar. İctimai birliklərin sədrləri Faiq Əhmədov və Nəbi Qafarov bir qrup ziyalılarla birlikdə daha sonra körkəmli aftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıblar.

Tədbirdə iştirak edən Emtv.az saytının və "EsmaMedia TV" - internet kanalının əməkdaşları Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən "Azərbaycanın Səsi" ictimai birliyinin sədri Faiq Əhmədovdan və "Azərbaycan Dövlətçiliyinə Milli Dəstək" ictimai birliyinin sədri Nəbi Qafarovdan ekskuliziv müsahibə almışdılar.

AZƏRBAYCANIN YEGANƏ ÇIXIŞ YOLU  HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLMƏSİNDƏ İDİ-Faiq ƏHMƏDOV
AZƏRBAYCANIN YEGANƏ ÇIXIŞ YOLU  HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLMƏSİNDƏ İDİ-Faiq ƏHMƏDOV

İndi isə Faiq Müıllimin Emtv.az sayıtına verdiyi müsahibəsini olduğu kimi oxucularımıza təqdim edirik.

- Faiq müəllim sizcə 1993-cü ildə baş vermiş məlum Gəncə qiyamı birbaşa Azərbaycanın müstəqilliyi üçün təhlükə törədirdimi, yoxsa burda məsələ sadəcə hakimiyyət uğrunda mübarizədən gedirdi?

- Əslində bu iki məsələ biri digərini şərtləndirməklə, həm dövlətimiz, həm də xalqımız üçün eyni dərəcədə təhlükə törədirdi. Birmənalı olaraq anlamaq lazımdır ki, istənilən bir ölkədə hakimiyyətin naşı, öz ambisiyalarına qapılmış, gözlərini varlanmaq hərisliyi örtmüş insanların əlinə keçməsi, həmin ölkənin ilk növbədə parçalanmaq, işğal olunmaq, müstəqilliyini itirmək risklərini hədsiz dərəcədə artırır.

Xüsusilə də, Azərbaycan kimi təbii sərvətlərlə zəngin bir ölkədə hakimiyyətdə hər hansı boşluqların olması tamamilə qarşısıalınmaz fəlakətlərə yol aça bilər. Elə 1993-cü ildə də biz hamımız belə bir fəlakətin düz astanasında idik. Azərbaycan bir neçə cırtdan dövlətə parçalanmaq, sonradan daha güclü qonşularının təhriki ilə biri-birilərilə sonu olmayan lokal hərbi münaqişələr aparacaq diktatorların poliqonuna çevrilmək təhlükəsilə üz-üzə idi.

Hələ mən bütün bunlardan əvvəl başlamalı olan və kim bilir neçə müddət davam edəcək, neçə-neçə minlərlə həyata son qoyacaq vətəndaş müharibəsini demirəm. Elə xarici düşmənlərimizin də bütün ümidləri yalnız ölkəmizin düşəcəyi gözlənilən bu xaosla bağlı idi ki, bu vəziyyətin özünü də, yuxarıda dediyim ki, bəzi öz ambisiyalarının əsiri olan insanlrın ali hakimiyyət uğrunda mübarizələri təmin etməliydi.

- Necə bilirsiniz, Azərbaycanın 1993-cü il böhranından çıxa bilmək üçün Heydər Əliyev faktorundan başqa bir şansı var idimi?

- Əlbəttə ki, yox! Həmin vaxt Azərbaycanın yaranmış vəziyyətdən yeganə çıxış yolu məhz Heydər Əliyevin hakimiyyətə gəlməsində idi. Yalnız Heydər Əliyev dühası ölkədə artıq tam başlamaq üzrə olan vətəndaş müharibəsinin qarşısını almağa, xarici təcavüzü dayandırmağa və ölkəni həm parçalanmaqdan, həm də öz müstəqilliyini itirməkdən qorumağa qadir idi.

Məhz buna görə də Azərbaycan xalqının öz müdrik oğluna müraciət etməsi, həmin vəziyyətdə atılmış yeganə düzgün addım kimi qiymətləndirilə bilər. Təsadüfi deyil ki, həmin vaxt Bakıda mərkəzi hakimiyyət aparatında təmsil olunan bir çox siyasi və dövlət xadimləri tutduqları postlardan istefa verirdilər.

Çünki heç kim bu ağır və nəticəsi məlum olmayan işin məsuliyyətini öz üzərinə götürmək istəmirdi. Və bu ağır dönəmdə yalnız Heydər Əliyev zəkası öz xalqına inanaraq, arxalanaraq belə bir məsuliyyətdən çəkinmədi. Xalq – Heydər Əliyev vəhdəti dövlətimizin ən böhranlı anlarında yeganə müdafiə səddi kimi bütün düşmənlərimizə sinə gərməyi bacardı.

- Faiq müəllim Ulu Öndərin Naxçıvana rəhbərlik etdiyi 1991-1993-cü illər ərzində orada gedən proseslərin ümumilikdə ölkəmizin siyasi həyatı üçün əhəmiyyətini necə qiymətləndirə bilərsiniz?

- İstər 1991-1993-cü illər olsun, istərsə də ondan əvvəlki, və ya sonrakı illər, fərq etməz. Əgər hər hansı bir yerdə Heydər Əliyev fəaliyyət göstəribsə, deməli orada gedən proseslərin istənilən halda, Azərbaycan üçün müstəsna əhəmiyyəti olub.

Çünki, Heydər Əliyevin bütün həyatı da məhz doğma Azərbaycanımızın çiçəklənməsinə, inkişafına və güclənməsinə həsr olunub. Konkret olaraq Ulu Öndərin Naxçıvana rəhbərlik etdiyi 1991-1993-cü illərə gəlincə isə, birmənalı olaraq qeyd etmək lazımdır ki, bugünkü inkişaf etmiş Azərbaycanın bir çox uğurlarının əsası da məhz elə həmin illərdə, Heydər Əliyevin böyük uzaqgörənliklə hesablayıb atdığı mühüm addımların sayəsində qurulmuşdur.

Və ilk növbədə qardaş Türkiyə ilə ən yüksək səviyyədə münasibətlərin, dostluq əlaqələrinin qurulması da Azərbaycanın bir qədər sonra beynəlxalq arenada möhkəmlənməsini, nüfuz sahibinə çevrilməsini şərtləndirən amillərdən biri kimi çıxış etmiş oldu.

- Faiq müəllim müsahibə üçün təşəkkür edirik.

- Çox sağ olun.

Emtv.az Hazırladı: Türkan Xubyarova
Foto: Zakir Müslümova məxsusdur.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR