SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Məleykə Abbaszadədən 680-700 bal toplayan abituryentlərə XƏBƏRDARLIQ

26-05-2017, 10:17 | Oxunub: 8 049 |

Məleykə Abbaszadədən 680-700 bal toplayan abituryentlərə XƏBƏRDARLIQ
Yazda keçirilən qəbul imtahanında iştirak etmiş 65 min abituriyentin 53 mini (80%) yay imtahanına qatılmaq üçün yenidən qeydiyyatdan keçib.

Emtv.az xəbər verir ki, dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-də yayımlanan “Günün nəbzi” proqramında bildirib ki, ilk imtahanda aşağı nəticə göstərənlərin növbəti imtahanlarda iştirak etmək istəmədiyi müşahidə olunur. Yuxarı nəticə göstərən abituriyentlər isə yay imtahanında iştirak etmək istəyir: “Yaz imtahanlarında I qrup üzrə 680-700 bal toplamış 47 nəfərdən 28-i, II qrup üzrə 11 nəfərdən 8-i, III qrup üzrə 16 nəfərdən 12-si, IV qrup üzrə 19 nəfərdən 12-si yay imtahanında iştirak edəcək. Onlar şəxsi rekordlarını yeniləmək istəyirlərsə, bu, yaxşıdır. Ancaq məqsədləri digər abituriyentlərə, dostlarına kömək etməkdirsə, bilsinlər ki, yay imtahanında hansısa qanun pozuntusuna yol verəcək abituriyentin ilk imtahanda göstərdiyi nəticə ləğv olunacaq”.

M. Abbaszadə bu ildən bütün imtahan zallarında saatların quraşdırılacağını bildirib: “Saatlar arasında yaranan fərqi aradan götürmək üçün hər bir zalda elektron saatın olması nəzərdə tutulub. İndi müəyyən maliyyə imkanlarımız var. Hər bir imtahan zalında quraşdırılan saat hesabına abituriyentlər vaxtı izləyə biləcəklər”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR