17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
"10 min manat mükafatı tələb edirəm" - Adı MTN agenti kimi hallandırılan Elnur Vaqifoğlu danışdı
“Əgər ifadələrdə mənimlə bağlı iddialar doğrudursa, o zaman mənə ayrılan 10 min manat mükafatı tələb edirəm”. Emtv.az xəbər verir ki, bu sözləri 24saat.org-a MTN-nin “agent qalmaqalı”nda adı hallandırılan Elnur Vaqifoğlu bildirib.
Yada salaq ki, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyevlə barəsindəki cinayət işinin istintaqı zamanı verilən ifadələrdə Elnur Vaqifoğlunun “TT” kod adı ilə agent kimi fəaliyyət göstərdiyi qeyd edilib. İfadədə bildirilib ki, Elnur Vaqifoğlu 2014-cü yanvar ayının 30-da Taleh Bağırzadənin Müsəlman Birliyi Hərəkatı yaratması barədə MTN-ə məlumat verib və bunun müqabilində 10 min manat pul mükafatı alıb. Elnur Vaqifoğlu isə deyir ki, həmin vaxt o həbsdə olub. Onun sözlərinə görə, ifadədə qeyd edilənlər həqiqətdən uzaqdır. “Lakin artıq mənim adım agent kimi hallanıb. Ona görə də, mənə verildiyi iddia olunan 10 min manat pul mükafatını tələb edirəm”, – deyə Elnur Vaqifoğlu bildirib.
Emtv.az