SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

DİQQƏT: Satışdakı çiyələklər zəhərlidir? - EKSPERT RƏYİ

15-05-2017, 13:13 | Oxunub: 9 303 |

DİQQƏT: Satışdakı çiyələklər zəhərlidir? - EKSPERT RƏYİ
Son zamanlarda iriliyi və gözəl görünüşü ilə piştaxtaları bəzəyən çiyələklərə çox yerdə rast gəlirik. Bəs, vaxtından əvvəl satışa çıxarılan, görüntüsü ilə iştah açan çiyələklərin orqanizmə zərəri var?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata açıqlamasında deyib: “Bizdə olan məlumata görə, xaricdən, xüsusilə, İsraildən gətirilmiş çiyələklər Genetik Modifikasiya Olunmuş meyvələrdir. Vaxtından əvvəl çıxan çiyələklərin tərkibində nəinki GMO, eləcə də onlara verilmiş gübrələrin komponentləri var. Çox təəssüf ki, Azərbaycanda belə məhsullar satılır”.

AİB sədri əlavə edib ki, çiyələk alanda yumşaq, kiçik ölçülülərə üstünlük verin. Bir gün qalanda xarab olan, kəsəndə tərkibində toxumu görünməyən çiyələklərin geni modifikasiya olunma ehtimalı çox böyükdür.

Vaxtından əvvəl çıxan çiyələk sağlamlığa zərərlidir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında “meyvə-tərəvəzin böyük əksəriyyəti istixanalarda yetişdirilir. Bu torpaqda məhsulların yetişməsi üçün əlavə süni qida maddələrinə (gübrə) ehtiyac olur. Əslində müəyyən bioloji stimulyatorların və gübrələrin meyvə-tərəvəzləri müəyyən ölçülərə qədər böyütməsi təsadüfi deyil”- deyib.

Həkim deyib ki, bu meyvələr ekoloji tarazlığın və prinsiplərin pozulması ilə vaxtından əvvəl yetişdirilən meyvələrdir. “Hər meyvə öz vaxtında yetişdirilməlidir. Ümumiyyətlə, tövsiyə olunur ki, insanlar nəfsini qoruyub hər meyvəni öz vaxtında, yetişdiyi ayda yesin. Əks halda bədəndə səpkilərlə, məxmərə ilə müşahidə olunan allergik reaksiyalar, zəhərlənmələr baş verir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR