SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ağsu sakini dostları ilə birgə dayısının evindən oğurluq edib, oğrular və ev yiyəsi silah-sursata görə tutulub

12-05-2017, 15:03 | Oxunub: 14 147 |

Ağsu sakini dostları ilə birgə dayısının evindən oğurluq edib, oğrular və ev yiyəsi silah-sursata görə tutulub
Ağsu rayonunda oğurluq hadisəsi törədilib və xeyli silah-sursat aşkar edilib. Rayonun Qaraqaşlı kənd sakini Sədaqət Qədirov Ağsu rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, mayın 10-da gecə saatlarında naməlum şəxslər onun evinin pəncərəsini sındıraraq içəri daxil olub və oradan 200 manat pul, 2 ədəd qızıl üzük oğurlayıblar.

Emtv.az-ın apa-ya istinadən xəbərinə görə, Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər-Qaraqaşlı kənd sakinləri - 22 yaşlı Şamxal Məmmədov, 28 yaşlı Elçin Abdullayev və 33 yaşlı İlkin Fərəcov tutulub. Onlardan 5 ədəd qumbara, 1 ədəd kustar üsulla düzəldilmiş tapança və 4 ədəd alışdırıcı götürülüb.

Onlar verdikləri izahatda silah-sursatı Sədaqət Qədirovun mənzilindən oğurladıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları Sədaqət Qədirovun evinə baxış keçirən zaman oradan 25 ədəd pulemyot patronu və 1 ədəd qumbara alışdırıcısı aşkar edərək götürüblər.

Sədaqət Qədirovun qızı Səbuhə Yusifova bildirib ki, oğurluq edən şəxslərə rəhbərlik edən Şamxal Məmmədov onun bibisi oğludur. Onun sözlərinə görə Şamxal Məmmədov dostları ilə birgə atasının evinə daxil olaraq oradan qızıl-zinət əşyaları və 200 manat pul oğurlayıblar, sonra isə atasını şərləmək üçün evin həyətinə pulemyot patronlarını ataraq qaçıblar. Onun sözlərinə görə, Ş. Məmmədov həmin silah-sursatı əvvəllər oğurlayıb və gizlədib: “Polis əməkdaşları atamı da həbs edib, araşdırma aparılır, məlum olub ki, atamın tapılan silah-sursatla heç bir əlaqəsi yoxdur”.

Şamxal Məmmədovun nənəsi Tənzilə Məmmədova isə Şamxalın əvvəllər öz bibisi Şölənin evindən də oğurluq etdiyini bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Ağsu rayonunun Qaraqaşlı kənd sakinləri Elgün, Mircəfər və Xudaverdi və Şölə adlı şəxslərin mənzilindən naməlum şəxslər tərəfindən qızıl-zinət və məişət əşyaları oğurlanıb. Oğruların tapılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ağsu sakini dostları ilə birgə dayısının evindən oğurluq edib, oğrular və ev yiyəsi silah-sursata görə tutulub


Ağsu sakini dostları ilə birgə dayısının evindən oğurluq edib, oğrular və ev yiyəsi silah-sursata görə tutulub


Ağsu sakini dostları ilə birgə dayısının evindən oğurluq edib, oğrular və ev yiyəsi silah-sursata görə tutulub


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR