SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda 3,8 hektar sahədə yeni günəş panelləri quraşdırılacaq

3-05-2017, 11:55 | Oxunub: 13 345 |

Naxçıvanda 3,8 hektar sahədə yeni günəş panelləri quraşdırılacaq
Naxçıvan Günəş Elektrik Stansiyasında 8 minə yaxın əlavə günəş paneli quraşdırılacaq.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, Günəş Elektrik Stansiyasında işlərə bu ilin aprel ayından başlanılıb. Burada yeni günəş panelləri 3,8 hektar ərazidə quraşdırılacaq ki, bunun da 2 hektarı stansiyanın əvvəlki ərazisindəki boş sahələr, 1,8 hektarı isə əkin üçün yararsız sahələrdir. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti və İsveçrənin “Ped” şirkəti arasında bağlanan müqaviləyə əsasən aprelin 20-dən stansiyanın ərazisində işlərə start verilib. Stansiyanın ümumi gücü 20 meqavat təşkil edir və işlər yekunlaşdırıldıqdan sonra 22 meqavata çatacaq.

Hazırda ərazidə günəş panellərinin dirəkləri basdırılır, çəpərləmə işləri görülür. Yaxın zamanlarda burada yeni yarımstansiya da quraşdırılacaq. Əlavə olaraq 20 kilovatlıq elektrik verilişi xətləri çəkiləcək, mövcud 110 kilovatlıq Xal-xal yarımstansiyasına qoşulacaq. İşlərin bu ilin may-iyun aylarında başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, 2016-cı ildə Günəş Elektrik Stansiyasında 29 milyon 922 min kilovat-saat elektrik enerjisi istehsal olunub. Muxtar respublikada elektrik enerjisinə olan tələbatın 20 faizi bu stansiya vasitəsilə təmin edilib.

Yeni texnologiyalara əsaslanan ekoloji təmiz enerji mənbələrindən istifadəyə müasir dünyada xüsusi diqqət yetirilir. Bu baxımdan ekoloji cəhətdən təhlükəsizliyi ilə seçilən Günəş Elektrik Stansiyasının tikintisi muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımdır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR