SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

SAMİR ŞƏRİFOV HOLLANDİYA FONDUNA DA ZƏRBƏ VURUB – Bir gündə 40 milyon dollar

20-04-2017, 09:42 | Oxunub: 8 387 |

SAMİR ŞƏRİFOV HOLLANDİYA FONDUNA DA ZƏRBƏ VURUB – Bir gündə 40 milyon dollar
Hollandiyanın Valyuta Mübadiləsi Fondunun (TCX) baş müşaviri və vitse-prezidenti Harald Hirşhofer Azərbaycanda valyuta məzənnələrinin kəskin dəyişməsinə görə bir gündə 40 milyon dollar itirdiklərini bildirib.Virtualaz.org xəbər verir ki, Harald Hirşhofer Afrikada keçirilən maliyyə və investisiya forumu zamanı yerli mediaya müsahibəsində deyib.

Harald Hirşhoferin bildirdiyinə görə TCX valyuta investisiyaları üzrə qlobal miqyasda innovativ həll yolları təklif edən fonddur. “Biz son 10 ildə milyonlarla əmanətçini xarici və inkişaf etməkdə olan bazarlarda yerli valyutaların kəskin dəyərdən düşməsinin dəhşətli nəticələrindən müdafiə etmişik”-o deyib.

Harald Hirşhofer bildirir ki, TCX tərəfdaşlarına maliyyələşmə təklif etmir. Əvəzində bütün dünya üzrə investisiya layihələri üzrə risklərin idarə edilməsi üçün müxtəlif alətlər təqdim edir. “İstənilən başqa tip sığorta provayderi kimi itkilər bizim biznesimizin də bir hissəsidir. Məsələn, biz Azərbaycan Mərkəzi Bankının artıq öz valyuta siyasətini davam etdirmək imkanında olmadığına görə (tənzimlənən məzənnə siyasətindən imtina nəzərdə tutulur.-red) bir gündə 40 milyon dollar itirdik. Lakin bu, çox güman ki, minlərlə yerli firmanı və kreditorları ciddi maliyyə çətinliklərindən xilas etdi”- Harald Hirşhofer bildirib.

Azərbaycanda manatın kəskin devalvasiyası Mərkəzi Bankın sədri Elman Rüstəmovun deyil, maliyyə naziri Samir Şərifovun adı ilə bağlıdır. Hökumətə yaxın mənbələrin sözlərinə görə, Elman Rüstəmov 21 dekabr devalvasiyasında dolların məzənnəsinin 1.10-1.20 qəpik civarında müəyyənləşdirilməsini təklif edib. Lakin Samir Şərifov Elman Rüstəmovdan fərqli olaraq sərt devalvasiyasının tərəfdarı olub. . Məhz onun təkidi ilə manatın dollarla məzənnəsi 1 manat 55 qəpik müəyyən edilib. Sonra da sürətlə artırılaraq 2 manata yaxınlaşdırılıb. Yalnız Samir Şərifov proseə nəzarətdən kənarlaşdırıldıqdan sonra manatın məzənnəsi nisbətən möhkəmlənib və 1,70 ətrafında qərarlaşıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR