SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

NEFT PULLARINI BATIRMAQLA MƏŞĞUL OLUB! - Hesablama Palatası “açdı sandığı…”

10-04-2017, 11:02 | Oxunub: 8 776 |

NEFT PULLARINI BATIRMAQLA MƏŞĞUL OLUB! - Hesablama Palatası “açdı sandığı…”
“Azərbaycan İnvestisiya Şirkəti” 2012-ci ildən investisiya qoyuluşu etməyib

Neft gəlirləri hesabına ölkə iqtisadiyyatının inkişafına investisiya qoymaq, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun inkişafına dəstək üçün yaradılmış “Azərbaycan İnvestisiya Şirkəti” ASC əslində neftin pullarını batırmaqla məşğul olurmuş. Bu barədə ölkənin baş auditorunun-Hesablama Palatasının 2016-cı il üçün fəaliyyətinə dair hesabatında yer alan faktlardan məlum olur. (Sənədin məzmunu barədə “APA” xəbər yayıb) Hesabat Hesablama Palatasının kollegiyasının aprelin 5-də keçirilmiş iclasında müzakirə olunub və təsdiqlənib.

Hesabatda “Azərbaycan İnvestisiya Şirkəti” 2007-ci ildən etibarən 2015-ci ilə qədər olan fəaliyyəti barədə göstərilir ki, bu dövlət səhmdar cəmiyyəti cəmi 11 səhmdar cəmiyyətə səhmlər və paylar üzrə 88 milyon 615 min manata yaxın vəsait yatırıb. Lakin sənəddə qeyd olunub ki, təhlil ilə əhatə olunan dövrdə (2014-2015-ci illər) müvafiq sərəncamla müəyyən olunmuş dividendlərin, o cümlədən “Azərbaycan İnvestisiya Şirkəti”nə iştirak paylarına (səhmlərinə) görə səhmdar cəmiyyətlər tərəfindən ödənilən 12 milyon 70 min manat məbləğində dividendlərin də tam və ya qismən Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) ödənilməsi aparılmayıb.

Nizamnamə kapitalında “Azərbaycan İnvestisiya Şirkəti”nin iştirak payı olan yalnız 2 səhmdar cəmiyyət tərəfindən (“Səba” ASC üzrə 4 mln. 927,8 min manat məbləğində və “Holcim Azərbaycan” ASC üzrə 7 mln. 141,9 min manat məbləğində) dividendlər ödənilib, digər səhmdar cəmiyyətlər tərəfindən isə dividend ödənişləri aparılmayıb. “Səba” ASC-nin 2016-cı ilin 1 yanvar tarixi vəziyyətinə 622,2 min manat dividend borcu qalıb. Nəzarət tədbirinin nəticəsi olaraq bu qalığın 325 min manatının ödənilməsi təmin edilib.

Hesabatda həmçinin qeyd edilib ki, 2015-ci ilin 31 dekabr tarixinə 40 milyon 755,9 min manat məbləğində bölüşdürülməmiş mənfəət qalığının bölüşdürülməsi barədə Müşahidə Şurası tərəfindən qərar qəbul edilməyib, alınmış dividendlər və bölüşdürülməmiş mənfəət AİŞ-in sərbəst istifadəsində qalıb. Şirkətin səhmdar cəmiyyətlərə səhmlər və paylar üzrə son vəsait qoyuluşu 2012-ci ilin 24 may tarixində olub.

Ümumilikdə, sərəncamında kifayət qədər vəsaitin olmasına baxmayaraq Nizamnaməsinə uyğun olaraq şirkət əsas fəaliyyət istiqaməti üzrə 2012-ci ildən heç bir investisiya qoyuluşu etməyib. “Azərbaycan İnvestisiya Şirkəti” ASC iqtisadiyyata investisiya qoymaq əvəzinə 2012-ci ildən öz vəsaitlərini daha çox rezident banklarda depozitlərə və istiqrazlara yerləşdirməyə üstünlük verib. Lakin banklarda yerləşdirilmiş depozit məbləğlərinin faiz dərəcələri, habelə alınmış istiqrazlar üzrə gəlirlilik dərəcələri və müddətləri mövcud bazar prinsiplərinə uyğun olmayıb.

Strukturunda maliyyə-iqtisadi təhlil, investorlarla əlaqələr, hüquq ekspertiza şöbələrinin olmasına (beynəlxalq məsləhətçilərin cəlb edilməsi daxil) baxmayaraq, investisiya yatırılmış bəzi səhmdar cəmiyyətlər üzrə nəticələrin iqtisadi əsaslandırmalara uyğun olmaması, səmərəsiz olması, iştirak paylarının (səhmlərinin) satışlarının zərərlə başa vurulması 8 illik fəaliyyəti nəticəsində pay qoyuluşları üzrə əldə olunan dividendlərin ARDNF-ə heç bir vəsaitin köçürülməməsi, vəsaitlərin mövcud bazar qiymətlərinə uyğun olmayan faizlərlə banklarda depozitlərə yerləşdirilməsi və digər məsələlər şirkətin fəaliyyəti istiqamətləri üzrə təhlil və monitorinq işlərində, sərbəst vəsaitlərin yerləşdirilməsində, investisiya paylarının (səhmlərinin) qiymətləndirilməsi və satışı sahəsində zəruri tədbirlərin görülməsini şərtləndirib.

Aparılan təhlillər göstərib ki, AİŞ-in iştirak payı olan “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC-nin təsisçilərinin nizamnamə kapitalına edilmiş son ödənişlərlə bağlı nizamnaməsinə müvafiq dəyişikliklərin edilməsi və elan edilmiş dividendin şirkətə ödənilməsi təmin edilməyib, maliyyə-təsərrüfat illərini zərərlə başa vurmuş cəmiyyətlərdə monitorinqlər keçirilməklə müvafiq təhlillər aparılıb. Nəzarət tədbirinin nəticəsi olaraq “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC-nin təsisçilərinin nizamnamə kapitalına edilmiş son ödənişlərlə bağlı QSC-nin nizamnaməsində müvafiq dəyişikliklər edilib, müvafiq qaydada dövlət qeydiyyatına alınıb və bununla əlaqədar 852,9 min manat məbləğində elan edilmiş (2015-2016-cı illərdə elan olunmuş dividendlər üzrə) dividendlərin 2016-cı ildə şirkətə ödənilməsi təmin edilib.

Bundan başqa, məlum olub ki, səhmdar cəmiyyətlərdə “Azərbaycan İnvestisiya Şirkəti”inə məxsus səhmlərin satışından sonra 2016-cı ilin 1 yanvar tarixi vəziyyətinə şirkətin 5 səhmdar cəmiyyətində 58,9 milyon manat məbləğində səhmlər və paylar üzrə vəsait qoyuluşları mövcuddur. Həmin cəmiyyətlərdən yalnız biri (“Səba” ASC) tərəfindən dividend ödənişi həyata keçirilir.

Hesablama Palatasının kollegiyası analitik təhlilin nəticələrini müzakirə edərək aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib. Həmin sənəd icra üçün AİŞ-ə göndərilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR