18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
DİQQƏT! Bakıda kütləvi ucuzluq başlayır: Mayın 10-a qədər…
Bu gün Bakı Şopinq Festivalına start verilir.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Bakı Şopinq Festivalı İçərişəhərdən başlanır. Festivala aprelin 10-da, saat 15:00-da İçərişəhərin Qoşaqala qapısı tərəfindən girişində möhtəşəm şou-proqramla start veriləcək.
Təkcə Azərbaycanda və Qafqazda deyil, bütün regionda və hətta dünyada böyük marağa səbəb olacaq Bakı Şopinq Festivalının proqramı geniş və rəngarəngdir.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaxından dəstəyi ilə təşkil edilən, paytaxt sakinləri və şəhərimizin qonaqları üçün maraqlı və unudulmaz anların yaşanacağı proqramda respublikanın bir sıra tanınmış incəsənət ustaları çıxış edəcəklər.
Bakı Şopinq Festivalının təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosundan verilən məlumata görə, DJ İlham Əmirovun müşayiəti ilə başlanacaq şou-proqramda “Natiq” ritm qrupu, “Qaya” ansamblı, Murad Arif, Cəbrayıl Rəsulov, Günay İbrahimli, Sabir Əhmədov, Azad Şabanov, Emiliya Yaqubova, Nurlan Növrəsli, Nura Suri və digər tanınmış müğənnilərin çıxışları, eləcə də, milli və xarici rəqslər tədbiri daha da rəngarəng edəcək.
Mayın 10-dək davam edəcək festival Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq keçirilir.
Emtv.az