18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
"Eurovision" Ukraynanın əlindən alınıb Almaniyaya verilir
Avropa Yayım Birliyi (AYB) sözün həqiqi mənasında Ukraynanı cəzalandırmaq niyyətindədir. Buna səbəb isə “Eurovision 2017” yarışmasında Ukraynanın Rusiya təmsilçisi Yuliya Samoylovanın ölkəsinə girişinə qadağa qoymasıdır. AYB-nin baş katibi İnqrid Deltenre yarışmanı Kiyevdən alıb Berlinə vermək niyyətindədir.
Emtv.az istipress-ə istinadən xəbər verir ki, Ukrayna rəsmiləri ilə danışan Deltenre kifayət qədər ciddi söhbət edib:
“Biz düşünürük ki, Ukrayna “Eurovision” qaydalarına riayət edəcək. Hansısa iştirakçını yarışmadan kənarlaşdırmaq və ya ona icazə verməmək – bu qayda pozuntusudur! Əvvəla, Yuliya Krıma səfər etdiyi dövrdə “Eurovision” yarışmasının təmsilçisi olmayıb. İkincisi də, əgər Ukrayna ona qadağa qoyursa, bunu yarışmadan sonra etsin”.
Bundan başqa, AYB-nin baş katibi daha ciddi bəyanatla çıxış edib. O, Ukraynanın səhvən qalib gəldiyini bildirib. Və “Eurovision”un Kiyevdə keçirilməsinin yalnışlıq olmasını əlavə edib.
Deltenre Ukraynaya xəbərdarlıq da edib. O, bildirib ki, Rusiya təmsilçisinin Ukraynaya buraxılmasına icazə verilməsə, yarışma Ukraynanın əlindən alınıb Almaniyaya veriləcək. Bunun üçün artıq bütün rezervasiya işləri də görülüb.
Bu hadisə baş versə, AYB ilə Ukrayna arasında bütün müqavilələr ləğv ediləcək. Onlar nəinki mahnı yarışmasından məhrum olunacaqlar, həmçinin “Fifa World Cup”ın bir başa yayımı da onların əlindən alınacaq.
Emtv.az