SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Vüsal Qasımlı: "Azərbaycanda pulun tarazlıq qiymətinin tapılmasına ehtiyac var"

5-04-2017, 12:00 | Oxunub: 11 995 |

Vüsal Qasımlı: "Azərbaycanda pulun tarazlıq qiymətinin tapılmasına ehtiyac var"
Azərbaycanda maliyyə sektoru ilə real sektorun arasında pulun tarazlıq qiymətinin tapılmasına dair çağırışlar mövcuddur.

Emtv.az xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə "Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar" mövzusunda keçirilən konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu gün banklar maliyyə resurslarını bacardıqca yüksək qiymət satmağa, sahibkarlar isə bacardıqca ucuz almağa çalışır: “Ortaq məxrəc olmadığı üçün bankların resurslarının bir hissəsi istifadəsiz qalıb, iş adamları isə istədikləri qədər kredit ala bilmirlər. Bu, həm də yığım və investisiyalar arasında tarazlığın pozulmasına səbəb olub”.

V.Qasımlı qeyd edib ki, “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin qəbulu və tətbiqi Azərbaycanda, xüsusilə də bölgələrdə sahibkarların kredit resurslarına çıxış imkanlarını genişləndirəcək: “Bu yenilik maliyyə xidmətlərinin bütün spektrlər üzrə inkişafını təmin edə bilər. Rəhbərlik etdiyim qurum məsələ ilə bağlı müzakirələrə həmişə hazırdır”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR