18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Təranə Qumralın avtomobilinə həbs qoyulsun" - Nazənin
Müğənni Nazənin həmkarı Təranə Qumralın avtomobilinə həbs qoyulması ilə bağlı məhkəməyə müraciət edib.
Emtv.az-ın axşam.az-a istinadən məlumatına görə, bu barədə Nazəninin vəkili Adəm Məmmədov məlumat verib.
Vəkil bildirib ki, Nərimanov rayon icra şöbəsi tərəfindən müğənni Nazənin Salayevaya təzminatın ödənməsi üçün borclu müğənni Təranə Qumrala məxsus avtomobilin üzərinə həbs qoyulması haqqında Nərimanov Rayon Məhkəməsinə təqdimat verilib:
“Nərimanov rayon icra şöbəsi 4 aydır hüquqlarını müdafiə etdiyim müğənni Nazənin xanımın və onun həyat yoldaşı Məhəbbət müəllimin Təranə Qumral adlı müğənniyə qarşı mənəvi təzminatın ödənilməsinə dair (3500 manat mənəvi təzminatın ödənilməsi və Təranə Qumralın hüquqlarını müdafiə etdiyim şəxslərdən üzür istəməsi) məhkəmə qətnaməsini icra etmir. Təranə Qumral dövlətin adından çıxarılmış qətnaməni icra etməkdən qərəzli olaraq boyun qaçırır. Belə ki, Təranə Qumral bu günlərdə kilosu 720 manat dəyərində alça aldığını mətbuata açıqlayır. Əgər borclu Təranə Qumralın belə maddi imkanı ola-ola pulu ödəmirsə, onun əməlində həm inzibati, həm də cinayət məsuliyyəti var. Nərimanov rayon icra məmurları Təranə Qumralın əmlaklarına həbs qoymaqla tələbin ödənilməsini təmin edə bilərlər. Onun aldığı və kilosu 720 manat dəyərində olan alçanın üzərinə də həbs qoyula bilərdi”.
Emtv.az