SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Fikrət Qocadan Elza Seyidcahana SİLLƏ: "Utanıb, xəcalət çəksin

30-03-2017, 12:07 | Oxunub: 6 213 |

Fikrət Qocadan Elza Seyidcahana SİLLƏ: "Utanıb, xəcalət çəksin
Əməkdar artist, son vaxtlar yazdığı şeirləri ilə bəstəkarlıq və müğənniliyini kölgədə qoyan Elza Seyidcahanın AYB-ə üzv olmaq istəyi belə getsə, deyəsən baş tutmayacaq.

Birliyin katibi, xalq şairi Fikrət Qoca yeniçağ.az-a danışaraq, AYB-in mövqeyini ortaya qoyub.

- Fikrət müəllim, Elza Seyidcahanın AYB-ə üzv olmaq istəyindən xəbəriniz varmı?

- O xanım sadəcə olaraq öz arzularını dilə gətirib, konkret olaraq deməyib ki, AYB-ə üzv olacam. Hər kəsin arzuları var və o arzularla yaşayır.

- Elza Seyidcahan apa tv-nin "SHOW time" verilişindəki açıqlamasında deyib ki, yeni kitabının nəşr olunmasını gözləyir, çıxan kimi AYB-ə müraciət edəcək?

- Hələ ki, bizə müraciət etməyib. Eləyər, baxarıq. AYB-ə üzv olmaq üçün şərtlər var. O şərtlərə əməl olunduğu təqdirdə kimsə üzvlüyə qəbul oluna bilər. Fərqi yoxdur, müğənni olsun, şair olsun, ya bəstəkar.

- O hansı şərtlərdir elə?

- Ümumiyyətlə, o adam şair kimi fərqlənməlidir. AYB-də bunun üçün xüsusi komissiya var. Mən də o komissiyanın rəhbəriyəm. Həmin adamın üç kitabı işıq üzü görməlidir, ən azı üç adamın rəyi olmalıdır. Bizim məşhur klassiklərimiz AYB-in üzvü olublar. İndi bu quruma üzv olmaq istəyən adamlar nə vaxtsa o klassiklərin ruhundan utanmalıdır. Əgər adam zəif yazırsa, xəcalət çəkər, heç utandığından AYB-ə üzv olmaq istəməz. Lap adı şair də ola bilər, bəlkə də tanışlıqla-filan komissiyadan da keçə bilər, amma bu, ona heç nə verməz. Zaman yerində saymır. Zaman hamını süzgəcdən keçirir.

- Seyidcahanın şeirlərini bəyənirsiniz?

- Mənim o xanıma hörmətim var; bəstəkarlıq və müğənnilik edir. Amma şeirlərindən xəbərim yoxdur. O heç bizə müraciət də etmir, siz onu belə şişirdirsiniz. Heç inanmıram da etsin. Çox adam çox söz deyə bilər, lap iki kitabı da çıxa bilər. O kitab oxunacaq, müzakirə olunacaq, hər şey qərardan asılıdır.

- Bəlkə gözəl xanım, sənətçi olduğuna görə ona güzəşt ediləcək?

- Bura gözəllik sərgisi deyil, ola bilər kiminsə görkəmi gözəl deyil, çirkindir, amma gözəl şairdir. Amma kimsə lap dünya gözəli olsun, xeyri yoxdur, gedib gözəllik yarışına çıxıb, birinci yeri tuta bilər. Şairlik əbədiyyət üçündür, o şairlər qocalmır, həmişə eyni yaşda qalır. Onların şeirləri həmişə gəncdir. Elzaya gəlincə, lap tutaq ki, arzusundan danışıb, nə böyük günah edib ki? Dünyanın o qədər çətinlikləri var, bunun qarşısında Elzanın AYB-ə üzv olmaq istəyindən danışırsınız. O qədər problemlər var ki, onlardan danışın.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR