18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Kreditlərin bir hissəsini hökumət və banklar öz öhdəsinə götürsün - deputat
“Cənab prezidentin Maliyyə Bazarlarına Nəzarət Palatasına etimadı tamdır. Bizim də bu orqana etimadımız tamdır. Şəxsən mən bu orqana çox böyük ümidlər bəsləyirəm”.
Emtv.az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Tahir Kərimli bildirib ki, manatın devalivasiyasında xalqın, kredit götürənlərin heç bir günahı yoxdur.
“Amma nədəsə manatın qiymətdən düşməyinin əziyyətini ancaq xalq çəkir. Ona görə mən təklif edirəm ki, bunun üçdə birini hökumət, banklar və vətəndaşlar öz öhdəsinə götürsün. Mənə elə gəlir ki, bu dövlətimizin etimadını daha da yüksəldə bilər”.
Emtv.az/A.Əliyeva