18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda prorektorun otağından seyf oğurlayanlara hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışov və Ramin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Emtv.az apa-ya istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyərək, əməllərindən peşman olduqlarını deyiblər.
Təqsirləndirilən Vüqar Vəliyev isə günahsız olduğunu qeyd edib.
Sonra hökm oxunub.
Hökmə əsasən, Sübhan Ələkbərov 7 il, Pərviz Quliyev, Həzrət Məmmədov, Ramin Abbasovun hər birinə 9 il, Vüqar Vəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Ev dustaqlığında olan Mirsənan Seyidova 1500 manat, Fərahim Baxışova isə 2500 manat cərimə cəzası kəsilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən ilin yanvarında Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından içərisində 429 min 722 manat dəyərində pul olan seyfi oğurlamaqda ittiham olunurlar.
Emtv.az