SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Coca Colada nəcis tapıldı

28-03-2017, 11:31 | Oxunub: 7 843 |

Coca Colada nəcis tapıldı
Dünyanın ən məşhur brendləridən və korporasiyalarından olan Coca Cola böyük qalmaqalla qarşılaşıb. Səbəb Şimali İrlandiyadakı zavodda baş vermiş hadisədir.

Emtv.az İrish İndependent-ə istinadən bildirir ki, olayı Şimali İrlandiya Polisi (Police Service of Northern Ireland, PSNİ) araşdırır. Cinayət işi qaldırılıb, istintaq gedir.

Hadisə Şimali İrlandiyadakı Nokmer-Hill sənaye zonasında, Ko Antrim bölgəsindəki Lisbern şəhərində yerləşən Coca Cola zavodunda qeydə alınıb.
Almaniyadan gətirilmiş qalay bankaların olduğu konteynerlər zavodun istehsal konveyerinin olduğu sexin anbarına boşaldılıb
.

Fəhlələr yükü yoxlayarkən konteynerdəki qutulardan birinə yığılmış bankalarda nəcisin olduğunu görüblər.

“Biabırçılıqdı, murdarlıqdı! Mexanizmləri söndürdük, konveyeri dayandırdıq. Nəcisə bulaşmış qabları təmizləmək 15 saat vaxtımızı aldı. Qalay bankaları adətən Britaniyadan gəlir. Amma bu dəfə bankalar Almaniyadan göndərilmişdi”, – zavodun işçilərindən biri deyib.

İlkin təxminlərə görə, bankalarda nəcisin olmasının səbəbkarı Almaniyadan gəlmiş iritonnajlı yük maşınının kuzovuna gizlicə miqrantların girməsi ola bilər. “Görünür, uzun yol qət edən miqrantlar ayaqyolu yeri qismində bankalardan istifadə ediblər. İstənilən halda bu, şok yaradan hadisədir. Bəs yaxşı, hanı o miqrantlar?!” – polis zabitlərindən biri söyləyib.

Coca Cola-nın Şimali İrlandiyadakı zavoduna bankalar qapaqsız gətirilir. Zavodda Coca-Cola içkisi ilə doldurulandan sonra bu bankaların ağzı bağlanır və onlar Şimali İrlandiya ərazisindəki çoxsaylı marketlərə satışa göndərilir.

Polis Nokmor-Hilldəki zavodda araşdırmalara başlayıb.

Coca-Cola da olayın araşdırılmasında PSNİ ilə sıx əməkdaşlıq etdiyini bəyan edib: “Məhsulumuzun keyfiyyəti və təhlükəsizliyi məsələləri bizim üçün həddən ziyadə önəmlidir. Nokmor-Hilldəki insidentdən xəbərimiz var. Baş vermiş hadisə lokal olaydır və hazırda istehsal olunan, satılan məhsullarımıza heç bir halda təsir edə bilməz”.

Zavoddakı olayın araşdırlmasına Lisbern və Kastlriq şəhərlərinin şuraları da qatılıblar.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR