18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Prokuror arvadının keçmiş ərinə 11 il cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tural Hüseynov və Vüqar Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Emtv.az-ın report-a istinadən məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında hər iki şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmişin hüquqi varisi Səlahəddin Cəfərov müdafiə nitiq söyləyib. O, T.Hüseynov və V.Kərimovun qanunda nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini tələb edib.
Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.
Qeyd edək ki, dəhşətli hadisə ötən il mart ayının 11-də Pirallahı rayonunda baş verib. Cinayətin qurbanı Pirallahı qəsəbə sakini Nuranə Hüseynova olub.
İstintaq zamanı müəyyən edilib ki, V.Kərimov N.Hüseynovanın evinin yanında pilləkənlərlə düşərkən hücum edib. Cinayətin sifarişçisi isə Nuranənin keçmiş əri Tural olub.
T.Hüseynov sifarişin yerinə yetirilməsi üçün V.Kərimova pul vəd edib, amma ödəməyi çatdırmayıb.
Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törədən qadının keçmiş həyat yoldaşı, cinayətin sifarişçisi 1987-ci il təvəllüdlü T.Hüseynov, icraçısı isə 1981-ci il təvəllüdlü V.Kərimovu saxlayıblar.
T.Hüseynov və V.Kərimov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla və əzab verərk sağlamlığa bilərəkdən xəsarət yetirmək) maddəsi ilə ittiham edilir.
Emtv.az/Seymur Rəhimov