18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Pulun varsa, apar özəldə müalicə elətdir...
Sosial şəbəkədə yazdığım statusdan sonra Daxili İşlər Nazirliyi məsələni aydınlaşdırdı və bacım DİN-in hostpitalına aparıldı.
Emtv.az xəbər verir ki, bu sözləri azxəbər.com-a açıqlamasında bir həftə öncə Bakı – Sumqayıt yolunda dəhşətli qəza nəticəsində yaralanan Aytən Quluzadə adlı xanımın bacısı Ayşən deyib.
Qeyd edək ki, xanım sosial şəbəkədə Sumqayıt Dövlət Xəstəxanasını və icra hakimiyyətini kəskin tənqid etmişdi “Qəzada xəsarət alan tələbələri vecinə alan yoxdur. İcra başçısı, digərləri gəlib qəza günü yalandan tələbələrin başlarını sığallayıb mediaya “poza verib” çıxıb getdilər, gedər-gəlməzə. Qara yol getsinlər…
Sözüm ondadır ki, bacım yatan xəstəxananın elə bir şəraiti var ki, orada sağlam adam xəstəlik tapar. O boyda yerdə cəmi iki tibb bacısı var. Əvvəl tapşırıq var idi deyə maraqlanırdılar. İndi tələbələrlə maraqlanan yoxdur. Srağagün bacımın halı pisləşəndə günorta saat 3 deyildi heç, amma həkim tapılmırdı uşağı yoxlamağa, yardım etməyə. Axırda gördülər anam hay-küy salıb, əməliyyatdan həkimin birini yarımçıq çıxarıb gətirdilər. O gəlib yardım etdi. 2-3 gün idi oradakı həkimə dedik aparaq Bakıya. Dedi ki, dilinizdən kağız verəsiniz gərək, sonra aparasınız. Çarəsiz tərpətmək olmaz deyə qalmağına razılaşdıq. Bu gün də yenə pis olub vəziyyəti. Yenə həkimi yox idi. Başqa həkim gəlib baxıb yenə. Zəng vurduq İcra Hakimiyyətinə. Dedilər ki, maraqlanacaqlar. Saatlar keçib, amma nə səs var, nə soraq. Bu qədər də olmaz də. Bir abrınız-həyanız olsun. Məqsədiniz sağ qalanları da öldürməkdir? Xəstənin vəziyyəti ilə bağlı nəsə deyəndə elə cavab verirlər ki, sözlərindən belə çıxır ki, pulun varsa, apar özəldə müalicə elətdir, bizim gücümüz buna çatır”.
Şikayətçi daha sonra qeyd edib: “Gündə bir sistem, iki iynə ilə o cür xəstələr sağalmır. Xəstəxana özü nə gündədir ki, xəstəyə də baxmağa imkanı olsun?! Bu dəqiqə o tələbələrə normal şəraiti, hər növ yardım imkanları olan bir klinikada müalicə lazımdır. Bu gecə iki dəfə qızların palatasına xəstə gətirilib. Hər dəfə işığı yandıranda, səs-küy olanda yuxudan yarımçıq ayılırlar. Travmalı uşaqlar olduğunu nəzərə almalıdırlar. Düzgün yardım etsinlər xəstələrə. Səhiyyəmizin necə bərbad olduğunu görmək çox çarəsizdir. Gərək bizim ölkədə xəstəxanaya gedəndə dərmanı da, həkimi də özünlə aparasan, başqa yolu yoxdur. Səlahiyyəti olan hər kəs bu məsələ ilə maraqlanmalıdır. Bu, onların öhdəliyidir və lazımi səviyyədə də yerinə yetirməlidirlər”.
Emtv.az/Aysu Əliyeva