18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Ermənilər Azərbaycanda yaşaya bilərlər” – Şuşanın icra başçısı
2016-cı ildə bir neçə erməni vətəndaşı Azərbaycanda yaşamaq üçün bura gəlib. Təbii ki, həmin ermənilərin Azərbaycana gəlməsi, ya da hansısa xətt vasitəsilə gətirilməsi birmənalı qarşılanmır.
Həmin erməni vətəndaşları isə ölkələrində vəziyyətin çox acınacaqlı olduğunu deyirlər. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov modern.az-a açıqlamasında Azərbaycana sığınan ermənilərlə bağlı danışıb. O bildirib ki, Dağlıq Qarabağda əzəldən yaşamış erməni, Azərbaycan vətəndaşıdır.
“Son 8 il ərzində demişəm ki, Dağlıq Qarabağda 1992-ci ilə qədər yaşamış erməni vətəndaşları Azərbaycan bayrağı altından keçərək xalqımıza, onun Konstitusiyasına, qanunlarına hörmət edib Azərbaycanda, eləcə də Qarabağda yaşaya bilərlər”.
Onun sözlərinə görə, Azərbaycana sığınan ermənilər siyasətçi deyil.
“Həmin ermənilər siyasətlə məşğul deyil. Təbii ki, Bakıya gəlib sığınan erməniləri Ermənistan hakimiyyəti cəzalandıracaq. Yadınızdadırsa,bir müddət əvvəl erməni vətəndaşı ailəsi və uşaqları ilə qaçıb Azərbaycana gəlmişdi. Mətbuat vasitəsilə “Azərbaycanda bizə çox yaxşı baxırlar” demişdi.
Həmin erməni vətəndaşları öz ölkələrinə qayıdanda hakimiyyət tərəfindən cəzalandırılırlar. Həmçinin, torpaqlarımızın təcili azad olunmasını istəyirəm. Düşünürəm ki, o zaman sülhdən danışmaq olar”
Emtv.az/Aysu Əliyeva