18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Putindən GÖZLƏNİLMƏZ ƏMR: post-sovet ölkələrinə müdaxilə PLANI İŞƏ DÜŞÜR
Rusiyada post-sovet ölkələri üçün ciddi təhlükə yaradacaq “Həmyerlilər” proqramı işə salınır.
Emtv.az publika.az-a istinadən xəbər verir ki, Rusiya keçmiş SSRİ-də doğulanlar üçün rus pasportları paylamaq niyyətindədir.
“Komsomolskaya Pravda” yazır ki, keçmiş SSRİ-də doğulanlardan arzu edən hər kəs Rusiya vətəndaşlığını ala biləcək.
Dövlət Dumasının millətlərlə iş üzrə komitəsi post-sovet məkanında rus dili daşıyıcılarının Rusiya vətəndaşlığı almasını sadələşdirən qanun layihəsini bəyənib. “Rusiya Federasiyası vətəndaşlığı haqqında” və “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyəti haqqında” qanunlara düzəliş edilməsi gözlənilir.
Məlumata görə, bu qanun layihəsi Putinin tapşırığına uyğun hazırlanıb. Duma üzvləri keçmiş Rusiya imperiyası və ya SSRİ ərazisində doğulmuş şəxslərə vətəndaşlığın verilməsini “rus dili daşıyıcıları” kateqoriyası altında aparmağı təklif ediblər. Həmçinin, “Rusiyada doğulmuş qohumlara malik olanlar” da vətəndaşlığı asanlıqla ala biləcəklər.
Bu o deməkdir ki, Rusiya vətəndaşlığı təkcə SSRİ-də doğulmuşlara yox, onların nəsillərinə də veriləcək.
Moskvanın bu proqramının ilkin hədəfi əhalinin azlıq təşkil etdiyi Rusiya əyalətlərində yerləşdirməni artırmaq hesab oluna bilər. Lakin əsas hədəfin SSRİ-ni bərpa etmək olduğu hesab olunur. Təbii ki, köhnə quruluş qayıtmayacaq, sadəcə olaraq, Kremlin SSRİ-nin “varisi” kimi post-sovet məkanını ovcunun içində saxlamaq niyyətləri hiss edilir.
Ən təhlükəli məqam isə post-sovet ölkələrinə müdaxilə zəmanəti yaratmaqdır. Çünki indiyə qədər Cənubi Osetiya və Abxaziyanı, Dnestryanı və Krım ərazisini məhz “rus dilli əhaliyə təhlükə” bəhanəsi altında müdaxilə edib. Yeni qanun layihəsi qəbul edilərsə, müdaxilə məsələsinin önü tam olaraq açılacaq.
Emtv.az/L.Xubyarzadə