18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Fransa Senatında Azərbaycan parlamentinin nümayəndələri ilə erməni deputatların görüşü keçirilə bilər
Fransa Senatında Azərbaycan parlamentinin nümayəndələri ilə erməni deputatlarla görüş keçirilə bilər.
Emtv.az-ın trend-ə istinadən məlumatına görə, Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar keçirdiyi brifinqdə bildirib ki, yaxın gələcəkdə Fransa Senatında Azərbaycan parlamentinin nümayəndələri ilə erməni deputatlarla görüşün keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb.
Onun sözlərinə görə, bununla bağlı Fransa Senatının sədri ilə görüş olub və onun bu məsələdəki müsbət rəyi alınıb: “Hesab edirik ki, bu istiqamətdə müəyyən müsbət addımlar atmaq olar. Görüşün vaxtı hələlik məlum deyil. Çünki bu, hələlik bir təşəbbüsdür. Ancaq Senatın sədri ilə görüşdə ilkin razılığı almışıq. Prezidentlər bu qərarı təsdiq etdikdən sonra yer və tarix barədə dəqiq məlumat vermək olar”.
O qeyd edib ki, parlament üzvlərinin görüşməsi məsələsi Senatın əvvəlki sədrinin vaxtında gündəmə gətirilmişdi: “Lakin görüş baş tutmamışdı. Əsas gözləntimiz odur ki, münaqişənin həlli istiqamətində müsbət irəliləyiş əldə edilsin. Münaqişə Azərbaycanda stabilliyə çox mənfi təsir göstərir. Bu regionda gərginliyin hökm sürməsinə səbəb olur. Gözləntimiz görüşdə sadalanan neqativlərin aradan qaldırılması istiqamətində müəyyən addımların atılması olacaq”.
Emtv.az/L.Xubyarzadə