18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanlı biznesmeni öldürən killerlər yaxalandı
Sank-Peterburq İstintaq Komitəsi 14 il əvvəl kafedə baş verən cinayətin istintaqını başa çatdırıb.
Emtv.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 2003-cü ildə baş verib. İstintaqın nəticəsinə görə, Azərbaycandan olan kriminal avtoritet Haqmurad Allahverdiyev Yaroslavlda bizneslə məşğul olan həmyerlilərinin qətlini sifariş edib.
Qətli törətmək üçün Murad Məmmədova 16 min dollar mükafat vəd edib. Məmmədov isə qətli cinayətkar dəstənin iki üzvünə tapşırır: Ədalət Əmrahov və Elnur Qafarov. Hər iki killerə sifarişçi Allahverdiyev səsboğucu ilə birgə tapança verir.
Həmin ilin aprelində killerlər kafeyə daxil olaraq biznesmenlərə azı 10 dəfə atəş açırlar. Nəticədə azərbaycanlılardan biri yerindəcə ölür, digərinin isə həyatını həkimlər qurtara bilirlər.
Tezliklə hər iki killer məhkəmə qarşısına çıxarılacaqlar. Sifarişçi Allahverdiyevi 2007-ci ildə öldürüblər. Məmmədov isə axtarışdadır.
Emtv.az