SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Həbsdə olan sabiq deputat: “Cahangir Hacıyevin tapşırıqlarını yerinə yetirmişəm”

9-03-2017, 12:31 | Oxunub: 8 305 |

Həbsdə olan sabiq deputat: “Cahangir Hacıyevin tapşırıqlarını yerinə yetirmişəm”
Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankdan pul götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Emtv.az-ın apa-ya istinadən xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Dünyamin Xəlilov ifadə verib.

O, şirkət rəhbəri olduğunu və 1995-ci ildən Beynəlxalq Bankla işgüzar münasibətlər yaratdığını deyib: "2005-ci ildən ictimai fəaliyyətə başlamışam. Cəmiyyətdə kifayət qədər tanınan şəxsəm. Cinayət işində olan şirkətlərin rəhbəri olmamışam. Biz Beynəlxalq Bankdan kredit götürülən pulları görməmişik. Pul "İntertekstil" MMX şirkətinin fəaliyyətinə ayrılıb. Pullar da bankda qalıb. "Səbail Mebel" MMC və digər şirkətlərə də eyni qayda ilə kredit ayrılırdı. Həmin şirkətlər bankın nəzarəti altında olub. Kreditlərin götürülməsi üçün sənədlər hazırlanıb, Beynəlxalq Bankın rəhbərliyinə göndərilirdi. Vəsaitlər iki bank vasitəsi ilə xarici bankların hesablarına köçürülüb. Həmin sənədləri məhkəməyə təqdim edə bilərəm. Mən heç bir şirkətin təsisçisi, icraçısı olmamışam. Şirkətlərə nəzarəti Beynəlxalq Bankının rəhbərliyi edib. Həbsimdən əvvəl də Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsinə gedib gəlmişəm, istintaqla əməkdaşlıq eləmişəm. Orada çalışan müstəntiqlər maliyyə işini yaxşı bilmirlər. Mən onlara bunların hamısını öyrədib izah etmişəm. Hətta həbsimdən sonra da bu məsələləri onlara aşılamışam. Lazım olan sənədləri onlara vermişəm. Həmin götürülən pullardan qəpik də gəlirim olmayıb. Ümumiyyətlə, mən icraçı olmuşam".

Prokurorun suallarına cavab verən Dünyamin Xəlilov Cahangir Hacıyevlə 1978-ci ildən tanış olduğunu deyib: "Qonşuluq və başqa münasibətlərimiz olub. Görüşmüşük. Onunla qohum olsaq da, əsasən işgüzar münasibətlərimiz olub".

Dünyamin Xəlilov bildirib ki, bankın nəzarətində olan şirkətlərlə bağlı tapşırıqlar Cahangir Hacıyev tərəfindən verilib: "Təkcə Cahangir Hacıyev deyil, Bankın digər vəzifəli şəxsləri tapşırıqlar verirdi. Məsələn bəzi məsələlər üzrə Akif Əliyev tapşırıq verirdi. Mənim işim monitorinq olub. Verilən tapşırıqlar da əsasən bundan ibarətdir. Mən də icra eləmişəm. Ümumiyyətlə, təsisçi kimi işlərin monitorinqini aparmışam".

Dünyamin Xəlilov vəkillərinin suallarını cavablandırandan sonra şahidlər ifadə verib.

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR