18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Roman Nəsirov stasionar müalicə aldığı xəstəxanaya geri qaytarılmasını istəyib
Vəzifəsindən kənarlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov baş verənlərin izah edilməsi üçün Milli Antikorrupsiya Bürosuna müraciət edib.
Emtv.az-ın “interfax.com.ua” saytına istinadən verdiyi məlumata görə, R. Nəsirov bildirib ki, son bir neçə gün ərzində vəziyyəti ağırlaşıb: "Bunda heç bir simulyasiya əlaməti yoxdur. İkincisi, mənimlə bağlı baxılacaq işə gəldikdə, hamıdan çox maraqlıyam ki, işə hərtərəfli baxılsın və haqlı olduğum sübuta yetirilsin”.
İnfarkt öncəsi vəziyyətə düşdüyünü deyən R. Nəsirov son iki gün ərzində heç bir tibbi prosedurdan keçmədiyini söyləyib: “Ən çox istədiyim odur ki, Antikorrupsiya Bürosu və ya Prokurorluq məni stasionar müalicə aldığım xəstəxanaya geri qaytarsın. İstərdim ki, həkimlər sabah keçiriləcək məhkəmə iclasınadək məni ayaq üstə qoymaq üçün əllərindən gələni etsin”.
Qeyd edək ki, Ukrayna Antikorrupsiya Bürosu R. Nəsirov haqqında cinayət işi açıb. O, 2 milyard qrivna həcmində dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Emtv.az