18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanda ötən il 1 tondan çox heroin qanunsuz dövriyyədən çıxarılıb
Keçən il Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 2 ton 150 kq 529,354 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 21.532 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.
Emtv.az-ın məlumatına görə, bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2016-cı ilə dair Ölkə Məruzəsi”ndə əksini tapıb.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 654 kq 081,557 qr-ı marixuana, 225 kq 544,966 qr-ı tiryək, 1 ton 186 kq 270,004 qr-ı heroin, 42 kq 211,316 qr-ı həşiş, 42 kq 400,711 qr-I psixotrop maddələr və digərləri, 11976 ədədi həb, o cümlədən 21.532 ədəd çətənə kolu olub. 2015-ci illə müqayisədə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr sırasında heroinin miqdarı xeyli artıb. 2015-ci ildə cəmi 80 kq 311,795 qr heroin qanunsuz dövriyyədən çıxarılıb.
Ötən il ərzində hüquq-mühafizə orqanları tərəfindən cəmi 3411 fakt aşkar edilib. Onlardan 888-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2221-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 259-u qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 43-ü isə digərləri olub.
Emtv.az