17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nazir: "Bakı-Tblisi-Qars layihəsi bölgənin qurtuluşudur"
"Bakı-Tblisi-Qars dəmir yolu layihəsi bölgənin qurtuluşudur". Emtv.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.
Nazir vurğulayıb ki, bu layihə bölgənin iqtisadi inkişafına ciddi təsir edəcək: "Bakı-Tbilisi-Qars layihəsi artıq başa çatmaq üzrədir. Bu layihə həm Qarsın, həm də bölgənin qurtuluşudur. Təkcə bu layihə ilə kifayətlənmək olmaz. İğdırı Naxçıvana, İrana və Pakistana birləşdirəcəyik. İki gün öncə prezident Rəcəb Tayyib Ərdoğanla Pakistanda olarkən 10 ölkənin rəsmiləri ilə görüşlər keçirdik və görüşlərdə əsas diqqət Bakı-Tbilisi-Qars və Qars-İğdır-Naxçıvan layihələrinə yönəlmişdi".
Nazir bu layihənin yeni investisiya qoyuluşlarına səbəb olacağını bildirərək əlavə edib ki, bunun üçün Qarsda logistika mərkəzinin yaradılmasına qərar verilib: "Qars Logistika Mərkəzinin tenderini keçirdik. Layihənin ümumi dəyəri 100 milyon lirədir. Bu günlərdə mərkəzinin təməli qoyulacaq".
Emtv.az